Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi məkana çevrilib - ÖZƏL
18:38 Siyasət"İyulun 31-də Çolpon-Atada keçirilən Azərbaycan və Orta Mərkəzi ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü Azərbaycan Prezidenti İlham Əliyevin iki regionu bir-birinə daha da yaxınlaşdırması üçün apardığı ardıcıl və sistemli işlərin nəticəsidr". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Bu gün təbii yaxınlaşma kimi görünən bu məsələ əslində konkret siyasi iradənin nəticəsidir: son on ildə Bakını Mərkəzi Asiya ölkələri ilə birləşdirən nəqliyyat, enerji və humanitar körpüləri addım-addım quran məhz Azərbaycan dövlətinin başçısı olub. Yüksək səviyyədə belə sıx təmaslar hətta qonşu dövlətlər arasında, dənizlə ayrılan ölkələr arasında belə nadirdir. Bu, düşünülmüş bir strategiyadır. Prezident İlham Əliyevin vurğuladığı kimi: "Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.
Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlət başçılarının məsləhət görüşündə tamhüquqlu üzv kimi iştirakı regional inteqrasiya proseslərində müsbət və məntiqi bir inkişafdır. Bu, regional gündəmdəki aktual məsələlər üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinə və səylərin əlaqələndirilməsinə artan qarşılıqlı marağın göstəricisidir".