Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi heyət Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə gəlib.

Paşinyanı müşayiət edən heyətə Mənim Addımım Blokundan deputatlığa namizədlər daxil olub.

Seçki təbliğatı üçün Tavuş vilayətinin Ayrum qəsəbəsinə gələn Paşinyan və heyət daha sonra İcevan və Dilican bölgələrinə gedəcək.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31