Azərbaycan Mərkəzi Asiyanın əsas tərəfdaşlarından birinə çevrilib - ÖZƏL

"Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız iqtisadi və siyasi istiqamətlərlə məhdudlaşmır". Olaylar xəbər verir ki, bunu 
​Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Prezident İlham Əliyev Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılmasını, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılmasını, qarşılıqlı Mədəniyyət Günlərini xalqları yaxınlaşdıran mühüm addımlar kimi qiymətləndirdi. Bu təşəbbüslər ortaq türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Səfərin ən diqqətçəkən siyasi hadisələrindən biri Prezident İlham Əliyevin ilk dəfə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak etməsi oldu. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsi, Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, rəqəmsal və nəqliyyat bağlantılarının genişlənməsi Azərbaycanı Mərkəzi Asiyanın əsas tərəfdaşlarından birinə çevirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31