Gündəm
Prezident: Son 15 ildə 640 tibb müəssisəsi tikilib və yenidən qurulub
Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik.
"Fiqaronun toyu" nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində P.O.Bomarşenin əsəri əsasında hazırlanmış "Fiqaronun toyu" tamaşası nümayiş olunub. Tamaşada Teatr sənəti fakültəsi Musiqili teatr aktyoru ixtisası üzrə təhsil alan III kurs tələbələri çıxış edib. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, musiqi və rəqslərin müəllifi 3-cü kurs musiqili teatr aktyoru Nəzrin İsmayılova, bitmeykeri Televiziya rejissorluğu ixtisasının tələbəsi Aleksandr Hacıyevskidir.
Torpaqlar 2 həftə ərzində qaytarılacaq - ABŞ-dan SENSASİON AÇIQLAMA
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Petrik Şenaxen Suriyada İŞİD terror təşkilatının nəzarətində olan torpaqların 99,5 faiz alındığını, gələcək 2 həftə ərzində isə terror təşkilatının işğalında olan bütün torpaqların geri qaytarılacağını deyib. Şenaxen bu barədə Müdafiə Nazirliyinə təyin edildikdən sonra keçirdiyi mətbuat konfransında danışıb.
Rusiya musiqiçiləri Muğam Mərkəzində çıxış edəcəklər
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrindən ibarət möhtəşəm konsert keçiriləcək.
Həbibə DİSKVALİFİKASİYA ŞOKU
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib.
Ərdoğanın sağ əlindən İSTEFA QƏRARI
Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Binəli Yıldırım istefa verəcəyi tarixi açıqlayıb.
“Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək - Muğam Mərkəzində
Fevralın 1-də saat Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək.
Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ - Bacısının azyaşlı qızına təcavüz etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.
"YUĞ"un fevral ayına olan repertuarı
Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.
İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur. Olaylar.az bildirir ki, “Şair və yazıçı tribunası” sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb.
Türkiyə ilə Gürcüstan sərhədi bağlanır
Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsi yanvarın 31-də müvəqqəti olaraq bağlanacaq. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına yekun vuruldu
İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sonuncu günündə Nizami Kino Mərkəzində “The Bra” filmi nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor və prodüseri Vait Helmer olan film Gürcüstan və Azərbaycanda lentə alınıb. Film Almaniyanın birinci kanalı ARD və Almaniya hökumətinin BKM Mədəniyyət Film Fondu tərəfindən sifariş edilib.
Xatirənin əməliyyatdan sonrakı ilk görüntüləri
Müğənni Xatirə İslamın fevralın 17-si ad günü olacaq. Bir çox sənət dostu ifaçını ötən gündən təbrik etməyə başlayıb. Hətta Xatirə şəhər restoranlarından birində özü üçün təmtəraqlı ad günü edib. Plastik əməliyyatla artıq çəkidən xilas olan Xatirə yeni görünüşü ilə ilk dəfə görüntülənib. Onun fotosu və videosu sosial şəbəkədə paylaşılıb.
ABŞ tarixinin ƏN BÖYÜK MƏĞLUBİYYƏTİ: İran qalib çıxdı
ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair 1300 səhifəlik hesabat hazırlayıb. 2003-2018-ci illərdə İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair şok ifadələr işlədilib. İraq savaşından ABŞ-ın deyil, İranın qalib çıxdığı bildirilib. Hesabat “İraq savaşında ABŞ Quru Qüvvələri: İşğal, üsyan və vətəndaş müharibəsi: 2003-2006" I cild və “İraq savaşında ABŞ Quru Qüvvələri: Düşərgə və çəkilmə 2007-2011" II cild başlıqları ilə dərc edilib.

.jpg)
.jpg)










