"Mülki Müqavilə"də böhran: Artur Hovannisyan siyasi çəkisini və mövqelərini itirir – ÖZƏL
10:40 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "Joxovurd" qəzetinin məlumatına görə, hakim "Mülki Müqavilə" fraksiyasının katibi Artur Hovannisyanın partiya daxilindəki siyasi çəkisi sıfıra enir. Son olaraq partiya rəhbərliyi onun Parlamentin Əmək və sosial məsələlər daimi komissiyasının sədri vəzifəsinə namizədliyini rədd edərək, bu postu Nazeli Bağdasaryana həvalə edib. Hovannisyan bundan əvvəl də Partiya İdarə Heyətinə seçilə bilməyib və fraksiya rəhbəri olmaq cəhdi boşa çıxıb.
Mənbələrin bildirdiyinə görə, hakim komanda onun fraksiya katibi postunda qalmasını da istəmir və deputatı yalnız sıravi üzv kimi saxlayacaq. Buna səbəb Hovannisyanın qeyri-adekvat davranışı, o cümlədən İnsan hüquqları müvəkkilliyinə namizəd Edqar Kazaryanı "dilini və qulaqlarını kəsməklə" hədələməsi, narkotik işində adının hallanması və partiyanın nüfuzuna xələl gətirməsidir. Bundan əlavə, Məhkəmə aktını icra etmədiyinə görə İstintaq Komitəsi onun haqqında cinayət işi başlayıb, bu da yaxın vaxtlarda deputat toxunulmazlığının qaldırılması üçün Baş Prokurorun parlamentə müraciət edəcəyi deməkdir.