Gürcüstanda Regional İnkişaf Nazirliyi ləğv edilir: Mamuka Mdinaradze yeni dövlət naziri olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə ölkədə regional siyasətin gücləndirilməsi məqsədilə hökumət strukturunda dəyişikliklər ediləcəyini açıqlayıb. Sentyabr ayında Regional İnkişaf Nazirliyi ləğv olunacaq və əvəzində Regional Siyasət üzrə Dövlət Nazirliyi postu təsis ediləcək. Bu məsul vəzifəyə hakim komandanın liderlərindən biri olan Mamuka Mdinaradze gətiriləcək. 

Yeni post qanunla rəsmiləşdirilənədək, sentyabrın ilk həftəsinə qədər Mdinaradze regional inkişaf naziri vəzifəsini icra edəcək. Hazırkı nazir Kaxa Guledani isə göstərdiyi peşəkar xidmətə görə təşəkkür edilərək İnfrastruktur nazirinin birinci müavini təyin olunacaq. Eyni zamanda, Hüquq-mühafizə orqanları üzrə dövlət naziri postu da sentyabrda ləğv ediləcək. Baş nazir parlamentdən hökumətin struktur dəyişikliyi ilə bağlı qanun layihəsini növbəti sessiyanın ilk həftəsində təcili qaydada qəbul etməyi xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31