Gündəm
ABŞ nüvə müharibəsinə hazırlaşır - LAVROV Vaşinqtonun siyasətini İFŞA ETDİ
“ABŞ-ın istehsalına start verdiyi “W76-2” nüvə başlığı nüvə müharibəsinin başlanma riskini artırır”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Bu mövzuya Vaşinqtonun nüvə siyasətinin ötənilki versiyasında yer verildiyini xatırlatmaq istəyirəm. O zaman belə sözügedən silahın nüvə müharibəsi riskini artıracağına dair narahatlıqlarımızı dilə gətirmişdik. Moskva Avropa ölkələrinin “W76-2”nin istehsalına necə reaksiya verəcəyini müşahidə edəcək.
Sevgilinizi qucaqlayanda bu, baş verərsə, deməli... - ELMİ İZAHI
Aşiqlərə xas olan “Qarnımda kəpənəklər uçur” klişesi ikinci yarısını tapan hər kəs üçün yeni məna ifadə edir. Əslində sizə lazım olan insanı sadəcə ürəyiniz müəyyənləşdirmir. Bunu bədən də təyin edə bilər. Və bu, uydurma yox, psixologiya elmində sübut olunmuş faktlardır. İlk baxışda çox bəyəndiyiniz insanın yanında olarkən göstərdiyiniz anlaşılmaz fiziki reaksiyaları xatırlayın... Əgər ruh əkizini tapdığınızı hələ də anlaya bilməmisinizsə, sizə sakitləşməyi və bədən dilini dinləməyi məsləhət görürük.
Nazənin rəfiqəsini həm lağa qoydu, həm təriflədi - Fotolar
Bir neçə gündür sosial mediada toy müğənnisi kimi tanınan Afət Fərmanqızının İmadəddin Nəsiminin qəzəlini “6/8” ritm üzərində ifa etməsi tənqid olunur. Afətin yaxın rəfiqələrindən biri isə müğənni Nazənindir.
Əbülfəs Qarayev italiyalı kinematoqrafçıları qəbul etdi
Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən Olaylar.az-a verilən məlumata görə, nazir Əbülfəs Qarayev iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulayıb.
Xatundan Rəqsanəyə barışıq addımı - Video
Ötən gün müğənni Xatun Əliyeva küsülü olduğu həmkarı, Rəqsanə İsmayılovaya barışıq addımı atıb. Məclislərin birində sənətçinin qızı Aysunla üz-üzə gələn Xatun, onunla görüşüb, daha sonra isə “Rəqsanəyə salam” ifadəsini işlədib.
Bu il Türkiyədə inflyasiyanın səviyyəsinin 14 faizdən yuxarı olacağı gözlənilir
2019-cu ildə Türkiyədə inflyasiyanın səviyyəsinin 14,6 faiz olacağı gözlənilir. Bu barədə Mərkəzi Bankın baş direktoru Murat Çetinkaya açıqlama verib.
Qazaxıstan parlamenti Xəzərin statusu haqqında Konvensiyanı təsdiqlədi
Qazaxıstanın parlamentinin Senatı plenar iclasın gedişatında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqini bəyəniblər. Bu barədə "RİA Novosti" xəbər verir.
Əli Kərimlinin himayədarlarının Rusiyadan pulları necə göndərdiyi məlum olub
Bu gün Rüstəmov Saleh Məhərrəm oğlu, Rüstəmli Vidadi Valeh oğlu, Məhərrəmov Aqil Əli oğlu, Həsənov Babək Qəzənfər oğlu və Nəsirov Ruslan Şamil oğlunun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli şahid qismində dindiriliblər. Məhkəmə iclasında Əli Kərimli və Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi və KİV-lərin nümayəndələri iştirak ediblər.
Cinayət işi açıldı – Yeqiazaryan işində yeni detallar
"Şəhid ailələrinə yaradılan şərait, onlara göstərilən diqqət göz qabağındadır"
“Mənim Şamaxım” - Xətai Sənət Mərkəzində növbəti müsabiqə
Xətai Sənət Mərkəzi Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsini elan edib. Olaylar.az bildirir ki, “Nəsimi ili” çərçivəsində təşkil edilən müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
.jpg)


.jpg)



.jpg)






