Gündəm

Lukaşenkonun oğlu qızları ŞOKA SALDI - FOTO

27 Aprel 2019 17:26

Belarus prezidenti Aleksandr Lukaşenko Çin səfərinə oğlu Nikolayı da aparıb. Uzun illərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Nikolayın fotoları sosial şəbəkələrdə şok effekti yaradıb. Hər kəs Nikolayı 14 yaşında çəkilmiş fotoları ilə xatırlayır. Lakin illər sonra Nikolay saç düzümü dəyişmiş, işgüzar kostyumda ortaya çıxıb. Onun atasından da hündür olması xüsusi diqqət çəkib.

“Balaca Şahzadə” növbəti dəfə nümayiş olunacaq

27 Aprel 2019 17:23

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların çoxsaylı xahişlərini nəzərə alaraq, Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırladığı eyniadlı tamaşasını may ayının 3-ü saat 19:00, 4-ü saat 12:00 və 15:00-da, 31-i saat 19:00, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə isə saat 12:00-da nümayiş etdirəcək.

Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalada

27 Aprel 2019 17:10

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət ocağı öz repertuarında böyük uğurla nümayiş olunan “Ölülər” tamaşası ilə ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil edəcək. Olaylar.az bildirir ki, festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Türkiyə Qəndilə hücuma hazırlaşır

27 Aprel 2019 17:06

Türkiyə PKK terror təşkilatının əsas yuvası olan Qəndilə girməyə hazırlaşır. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Abşeronda

27 Aprel 2019 17:02

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşdi. Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

"Dədə Qorqud" Dastanının 3-cü nüsxəsi tapıldı - FOTO

27 Aprel 2019 17:00

Dədə Qorqud dastanın iki - “Vatikan” və “Drezden” nüsxəsi elmə məlumdur. 25 aprel tarixində öz işinə başlayan və Türkiyədə keçirilən “Dünya kültür mirası Dədə Qorqud “ beynəlxalq konfransında “Kitabi-Dədə Qorqud” dastanının türk toplumuna məlum olan daha bir - yəni üçüncü nüsxəsi də əlavə edilib.

"Rəqsanə Rusiyaya gedəndən sonra müğənnilərin yolunu kəsib" -  Elgiz

27 Aprel 2019 16:57

Aparıcı Elgiz Əkbər müğənni Rəqsanə İsmayılova ilə bağlı iddia səsləndirib.  Aparıcı sənətçinin Rusiya toylarına istəmədiyi azərbaycanlı ifaçını buraxdırmadığını deyib. 

"Dolud"a itən, "Komandir"də tapılan papaq - Ceyhun Musaoğlu yazır

27 Aprel 2019 16:55

"Dolu", "Rey adı kod",  "Əsir düşəgəsi", “Qalibiyyət – şahidlər və şəhidlər”, "Qanlı Kaha", "Komandir".  Aqil Abbas - Rey Kərimoğlu - Vüsalə Məmmədova - Aidə Eyvazlı - Elxan Salahov - Şərif Ağayar. Belə düşünürüəm: bu beş kitab birləşsə onları oxuyanları Qarabağı işqağldan azad edənə qədər arxasınca apara bilər. Əlbəttə, bütün problemləri siyasət həll edir. Ədəbiyyatsa o problemləri təqdim edən nəhəng varlqıdır.

3 aylıq uşağın ölümü ilə bağlı nazirlikdən açıqlama

27 Aprel 2019 16:53

Səhiyyə Nazirliyi Bakıda - Respublika Uşaq Klinik Xəstəxanasında 3 aylıq uşağın səhv qan qrupunun orqanizmə köçürülməsi səbəbindən dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatı araşdırıb. Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, Əsgərzadə Mədinə Orxan qızı 28.03.2019-cu il tarixdə saat 14.10-da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırlığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

İtkin düşən 15 yaşlı qız tapıldı - Onu zorlayan ögey atasından qaçıbmış

27 Aprel 2019 16:09

Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini tapılıb.

Trampın üzərinə telefon atdılar - FOTO/VİDEO

27 Aprel 2019 09:29

ABŞ-ın İndiana ştatında Milli Atıcılıq Assosiasiyası qarşısında çıxışı zamanı prezident Donald Trampa mobil telefon atılıb. Bu haqda “Fox News” bildirib.

Suriyada terror: Azı 10 ölü

27 Aprel 2019 09:23

"İslam Dövləti" terrorçuları cümə günü Rakka şəhərində minalanmış avtomobili partladıblar. Terror aktı nəticəsində ən azı 10 nəfər həlak olub.

ABŞ rusiyalı casusla bağlı qərar verdi

27 Aprel 2019 09:11

ABŞ məhkəməsi Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butinanı 18 ay həbs cəzasına məhkum edib. Hakim Tatyana Çutkan Butinanın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.

Zelenskinin komandası Donbas münaqişəsinin həlli yolunu göstərdi

27 Aprel 2019 09:08

Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskinin qərargahının sözçüsü Dmitri Razumkov “112 Ukrayna” telekanalının efirində Donbas münaqişəsinin sülh yolu ilə həllinin variantlarını şərh edib. O qeyd edib ki, sülh Rusiyayla razılıq əldə ediləcəyi halda gələ bilər, ancaq bu variant Ukrayna üçün qəbuledilməzdir.

Şri-Lankada növbəti partlayış: 15 nəfər öldü

27 Aprel 2019 09:05

Şri-Lankanın şərqində atışma baş verən evlərdən birində partlamış baş verib. Polisin nümayəndəsinə istinadən “Ada Derana” portalının yazdığına görə, hadisə yerində 15 cəsəd aşkar edilib. “Seyntamarutuda partlamış evdə 15 cəsəd aşkar edilib. Onlardan 6-sı kişi, 3-ü qadın və 6-sı uşaqdır”, - portalın tvitter hesabında dərc edilmiş xəbərində deyilir.