Netanyahu ABŞ-də Tramp ilə görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək.

Olaylar xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona yollanacaq. Baş nazir iyulun 27-də ABŞ-yə səfər edəcək, iyulun 28-də isə Ağ Evdə Donald Trampla görüşəcək.

Səfər çərçivəsində Netanyahu respublikaçı senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31