ABŞ rusiyalı casusla bağlı qərar verdi

ABŞ məhkəməsi Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butinanı 18 ay həbs cəzasına məhkum edib. Hakim Tatyana Çutkan Butinanın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.

ABŞ məhkəməsi Rusiya casusu olmaqda ittiham edilərək saxlanılan Rusiya vətəndaşı Mariya Butinanı 18 ay həbs cəzasına məhkum edib.

Hakim Tatyana Çutkan Butinanın ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına qoyduğunu bildirib.

"O yalnız ABŞ-ın siyasi sistemi haqqında bilmək istəmirdi. O, Rusiya hakimiyyəti üçün faydalı olacaq informasiyanı toplamaq istəyirdi", - hakim əlavə edib.

Çutkan qeyd edib ki, Butina kommunikasiyaların ikinci kanalının yaradılması və Rusiya maraqlarının irəliləyişi üzərində işləyirdi.

Məhkəmə cəzasının çəkilməsindən sonra Butinanın deportasiyasını bəyənib.

Qeyd edək ki, Butina 2018-ci ilin iyulundan həbsdədir. O, istintaqla sazişə gedərək özünü günahkar sayıb, əks təqdirdə onu çoxillik həbs cəzası gözləyirdi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31