Gündəm

“Onlar erməni lobbisinin missionerləridir” – Bəhruz Quliyev

14 May 2019 13:39

“Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammiti ərəfəsində bir qrup anti-milli ünsürün sözdə aksiya keçirmək cəhdləri arxasında dayanan əsas gerçəklik erməni diasporu və lobbisi tərəfindən maliyyələşdirilən xarici fondların pulları dayanır”. Bu fikirləri Olaylar.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev özlərini “siyasi mühacir” adlandıraraq, Azərbaycan dövlətinin maraqları əleyhinə fəaliyyət göstərən şəxslərin uğursuz aksiya cəhdlərinə münasibətini açıqlayarkən deyib. 

Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək - Muğam Mərkəzində

14 May 2019 12:50

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək.  Olaylar.az bildirir ki, gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli  və şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcək. 

Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair Dövlət Proqramı uğurla icra olunur

14 May 2019 12:40

Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Rusiyanın Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər həyata keçirilmişdir.

“Mən Azərbaycanlıyam” adlı hesabat konserti

14 May 2019 12:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib.

Mədəniyyət müəssisələrinin potensialı müzakirə olundu

14 May 2019 10:56

Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri də iştirak ediblər.

“Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olundu

14 May 2019 10:56

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Olaylar.az bildirir ki, müsabiqəyə Şamaxı rayonunun 70-ə yaxın uşaq, yeniyetmə və gənci qatılmışdır.

“Hacı Mazan”ın qardaşı oğlu həbs edildi – Təfərrüat

14 May 2019 10:33

“Hacı Mazan”ın qardaşı oğlu həbs edildi – Təfərrüat

“BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər

14 May 2019 10:30

Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər. Olaylar.az bildirir ki, tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev iştirak edib.

18 may Beynəlxalq Muzeylər Günü

14 May 2019 10:26

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə beynəlxalq muzeylər günü qeyd ediləcək. Olaylar.az bildirir ki, ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Əri Rəqsanəyə xəyanət edib?

14 May 2019 10:13

Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə paylaşdığı foto ağıllarda sual işarəsi yaradıb. Buna ifaçının boş yatağın qarşısında çəkdirib, paylaşdığı şəklə “Qüsursuz sevən qadınlar, vəfasız kişilər” rəyini yazması səbəb olub.

Köhnə “iPhone” smartfonlarının texniki dəstəyi dayandırılacaq

14 May 2019 10:08

"Apple” şirkəti köhnə “iPhone” smartfonlarının – “iPhone 5s”, “iPhone 6”, “iPhone 6 Plus” və “iPhone SE” modellərinin yenilənməsini dayandıracaq. Məlumata görə, şirkət tərəfindən, həmçinin “iPad Mini 2” və “iPad Air” planşetlərinin dəstəklənməsi dayandırılacaq.

Səmada DƏHŞƏT YAŞANDI - İki təyyarə toqquşdu: 5 ölü, 10 yaralı

14 May 2019 09:54

ABŞ-ın Alyaska ştatında iki hərbi-dəniz təyyarəsi toqquşub. İnsident nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. 1 nəfər isə itkin düşüb.

ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyini bağladı

14 May 2019 09:46

ABŞ polisi Venesuelanın Vaşinqtondakı səfirliyinin binasına daxil olub. Binada Venesuela prezidenti Nikolas Maduronun sonuncu tərəfdarları qalıb.

Dünya TƏŞVİŞ İÇİNDƏ: döyüş təyyarələri havaya qalxdı

14 May 2019 09:44

ABŞ Hərbi Hava Qüvvələrinin F-15 və F-35 təyyarələri Bəsrə körfəzinin hava məkanında İrana qarşı kəşfiyyat əməliyyatları aparır. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi Bill Urban danışıb.

Koçaryanın məhkəməsində dava düşdü - VİDEO

13 May 2019 17:49

Koçaryanın məhkəməsində dava düşdü - VİDEO