Gündəm

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

15 May 2019 10:53

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Yarımçıq qalmış” tamaşası Caspian Awards mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, Y.Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Vüqar Rəhimzadə: Belələrində heç tula qədər də sədaqət yoxdur

15 May 2019 10:50

“Bu gün həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, siyasi çəkisi durmadan artır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq xarici ölkələrdə rəsmi və işgüzar səfərlərdə olur, eyni zamanda xarici ölkələrin dövlət və hökumət başçılarını respublikamızda qəbul edir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunur, faydalı əməkdaşlıqlar qurulur və daha da genişləndirilir. Dövlətimizin başçısı xarici səfərlərdə keçirdiyi görüşlər zamanı Azərbaycanın haqlı mövqeyini, həqiqətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdırır, xalqımızın, dövlətimizin milli maraqlarını müdafiə edir. Məhz bu, Azərbaycanı dünyada güclü, söz sahibi edən əsas amillərdən biridir”.

“Eurovision”da texniki problem - Muradın səsi kəsildi

15 May 2019 10:46

Xəbər verdiyimiz kimi, dünən axşam “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. İctimai kanaldan yayımlanan müsabiqədə səslə bağlı texniki problem yaşanıb. Belə ki, Təl-Əvivdə olan 41 ölkənin müsabiqə üzrə şərhçisinin səsi efirdə eşidilməyib.

Tvitterdə qalmaqal - İstifadəçilərin bu məlumatları üçüncü şəxslərə göndərildi

15 May 2019 10:42

Məşhur sosial şəbəkələrdən olan tvitter bu dəfə istifadəçilərin yerləşdiyi məkanlarla bağlı məlumatları üçüncü şəxslərə -reklamverənlərlə paylaşması qalmaqalı ilə gündəmə gəlib. Narazılığa səbəb olan bu məlumatdan sonra açıqlama verən şirkət bunun bir virusdan qaynaqlandığını bildirib.

“OnePlus 7 Pro” smartfonu rəsmən təqdim edilib

15 May 2019 10:40

Çinin “OnePlus” şirkəti “OnePlus 7 Pro” smartfonunu nümayiş etdirib. Yeni cihaz “QHD ” (HDR10 dəstəyi reallaşdırılıb, yeniləmə tezliyi 90 hersdir) təsvir ölçülü 6,67 düymlük AMOLED displey, irəli-geri çəkilən “selfi”-kamera və 48 meqapiksellik əsas obyektivlə təchiz edilib.

“Eurovision”un 10 finalçısı bəlli oldu - Yenilənib

15 May 2019 10:38

64-cü “Eurovision” mahnı müsabiqəsi başlayıb. Təl-Əviv Expo Mərkəzində keçiriləcək yarışmanın birinci yarımfinalında bu axşam 17 ölkə təmsilçisi çıxış edəcək.

İranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası oldu - Lənkəranda

15 May 2019 10:32

Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayini “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.

“5G” küçə fənəri quraşdırılıb - Çində

15 May 2019 10:30

Çinin mərkəzi Hubey əyalətinin paytaxtı Uxan şəhərində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “ağıllı” küçə fənəri quraşdırılıb. İlk baxışdan adi fənəri xatırladan qurğunun daxilində kamera, maye-kristal ekran, işıq lampaları və “5G” baza stansiyası yerləşdirilib.

Sevda hamilədir?

15 May 2019 10:30

Müğənni Sevda Sanəliyevanın yeni paylaşdığı video izləyicilərinin diqqətini çəkib. Sənətçinin qarnının böyük görünməsi suallar meydana gətirib. İzləyiciləri ona "Yenə hamiləsiniz? Sevda xanım, hamiləyə oxşayırsınız" kimi suallar ünvanlayıblar.

İran nüvə proqramı üzrə öhdəliklərini dayandırdı - KRİTİK QƏRAR

15 May 2019 10:16

İran nüvə razılaşmasındakı bəzi öhdəliklərini rəsmi şəkildə dayandırıb. Bu barədə İran Milli Təhlükəsizlik Şurası qərar qəbul edib. Xəbəri İranlı Tələbələr Xəbər Agentliyi (İSNA) yayıb.

Əliqismət Lalayev MDB - nin XIV Humanitar forumunda

14 May 2019 15:57

May ayının 14-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq” mövzusunda XIV forumu işə başlayıb. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də dünən Türkmənistan Respublikasına yola düşən Azərbaycan ziyalılarından ibarət 11 nəfərlik nümayəndə heyətinin tərkibinə daxildir.

“WhatsApp” messencerində boşluq aşkar edilib

14 May 2019 15:13

"WhatsApp"da aşkar edilmiş ciddi boşluq hakerlərə istifadəçiləri izləmək üçün telefonlara zərərverici proqram təminatı quraşdırmağa imkan verib. Təhlükəsizlik sistemində sözügedən boşluq təxminən 10 gün əvvəl şirkətin mütəxəssisləri tərəfindən aşkar edilib. Bundan sonra şirkət bu barədə ABŞ-ın hüquq-mühafizə orqanları və təhlükəsizlik üzrə ekspertlərə məlumat verib.

“ASAN xidmət”ə 29 milyonuncu müraciət

14 May 2019 14:21

“ASAN xidmət”ə 29 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Olaylar.az bildirir ki, bu müraciət Bərdə regional “ASAN xidmət” mərkəzinə Elcan Həsənli tərəfindən edilib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi xidmətdən yararlanıb.

Süni intellekt vasitəsilə  jurnal hazırlandı

14 May 2019 13:41

Sinqapurun “Esquire” jurnalının redaksiyasının süni intellektin köməyi ilə yaradılan nömrəsi nəşr edilib. Alqoritmlər tərəfindən redaktor məktubu və 5 jurnalist mətni hazırlanıb. “AI Squire” adlı süni intellekt hər mətn üçün bir neçə dəqiqə sərf edib. Redaksiya üçün robot “AI QLX” şirkəti tərəfindən hazırlanıb. Süni intellekt materiallar yazmaqla yanaşı, jurnalist mətnləri üçün mövzular fikirləşib tapır.