Gündəm
Azərbaycan incəsənət ustaları Asiya mədəniyyət karnavalında iştirak edir
Çin Xalq Respublikasının Pekin şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Asiya Sivilizasiyasının Dialoqu Konfransı” keçirilmişdir. Tədbirin açılış mərasimi və karnavalında Azərbaycan sənətçiləri iştirak etmişdir.
Yeni kitabda köhnə şeirlər – Ramiz Rövşənin imza günündən REPORTAJ
“Kitab oxuyan yoxdu. İndi cavanlar ancaq telefonla məşğuldurlar. Gələcəyimiz , gənclərimiz uçuruma doğru gedir”... bu sözlər kitabdan və gənclərdən xəbərsiz olan, ağzına mikrofon, diktofon tutulan bəzi orta yaşlı insanlardan eşitməyə alışdığımız şablon ifadələrdir. Bu gün kitab təqdimatlarındakı gənclərin izdihamı insanın üzünü güldürür. Amma mən bura yaxın zamanlarda paytaxta imza günündə oxucularla görüşən İlber Ortaylını daxil etmirəm. Fikrimcə, müəllif və iştirakçıların izdihamı səmimi deyildi. İştirakçılar mənə türk ərkək müğənnilərin konsertində özlərini “həlak” edən qızları xatırladırdı. Bir də hər kəsin şəkil çəkdirmək, sosial şəbəkələrdə yerli deyil, əcnəbi müəllifləri oxuyacaq qədər böyüdüklərini isbat etmə cabaları daha çox hiss olunurdu. Kitab sevgisi layk sevgisindən önə çıxmışdı.
Nyu Meksiko ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Nyu Meksiko ştatının Albukerke şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Timoti M. Keller (Timothy M. Keller) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
“Ədəbiyyat adamı-2019” mükafatı qaliblərə təqdim edildi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı-2019” mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev layihə haqqında məlumat verib, bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib. Akademik mükafata təqdim olunan hər bir ədəbiyyat adamının bu ada layiq olduğunu vurğulayaraq qalibləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
“Eşq bir sirdir” - Nuriyyə Hüseynova növbəti konsertə hazırlaşır
İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. Olaylar.az bildirir ki, “Eşq bir sirdir” adlı konsertdə xanəndə tamaşaçılar qarşısında yeni proqramla çıxış edəcək.
Bu şəxslər 30 saniyəyə viza ala biləcək - VİDEO
Bu şəxslər 30 saniyəyə viza ala biləcək - VİDEO
Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri beynəlxalq Qran-Pri yarışlarına dəstək verdi
Heydər Əliyev adına İdman Sarayında keçirilən “İBSA Judo Gran-Prix Baku 2019” beynəlxalq para cüdo yarışlarının təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-könüllüləri dəstək veriblər. Olaylar.az bildirir ki, 40-a yaxın ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 90-a yaxın yüksək dil biliyinə malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması,mükafatlandırma mərasimi, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “BİR” koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.
“Bahar günü” mədəniyyət festivalı keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin və AWA (Azerbaijan web of anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı tədbir keçirilib.
Bakıda vəzifəli şəxs vəfat etdi – 72 YAŞINDA
Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan haqları İnstitutunun Mülki Hüquq, Mülki Proses və Sosial İqtisadi Hüquqlar Şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Eldar Emilyeviç Qorin vəfat edib.
Göyün qapılarının açıldığı ay- ELMİRA QAFAROVA YAZIR
“Eurovision”a eynicinslilərin öpüşməyi damğa vurdu – Video
Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada - Son görüntüləri
Xərçəngdən əziyyət çəkən "Toppuş bacı"nın xəstəxanada - Son görüntüləri
Bakının mərkəzində faciəvi şəkildə ölən 27 yaşlı Firəngizin FOTOLARI - TƏFƏRRÜAT
Bakının mərkəzində faciəvi şəkildə ölən 27 yaşlı Firəngizin FOTOLARI - TƏFƏRRÜAT
Hava limanlarında 376 000-dən çox turistə viza verilib
Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir. Həmçinin “ASAN Viza” vasitəsi ilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.
Şahil Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabı əsasında dəyirma masa
Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi nəzdində Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə professor Şahil Xəlillinin “Ceyms Oldric və Azərbaycan” kitabı əsasında dəyirma masa keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov tədbirin əhəmiyyətindən danışıb. O, professor Şahin Xəlillinin gördüyü elmi-ədəbi işin yüksək keyfiyyət daşıdığını bildirib, onun ədəbi əlaqələrin qurulmasındakı rolunu müsbət dəyərləndirib.

.jpg)



.jpg)








