Gündəm

Qahirədə dünyanın ən enli asma körpüsü istifadəyə verildi

17 May 2019 10:00

Misirin paytaxtı Qahirənin şimal hissəsində Nil çayının üzərində yeni asma körpü istifadəyə verilib. Altızolaqlı körpünün eni 70 metrə yaxındır. Bu, dünyanın ən geniş körpüsüdür.

Çingiz Mustafayev “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazanıb

17 May 2019 09:56

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.

17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May 2019 09:51

Bu gün bütün dünyada 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir. Olaylar.az bildirir ki, bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə sıx bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin "Beynəlxalq informasiya cəmiyyəti günü" elan edilməsi ilə bağlı müraciət qəbul edilir.

Pompeo Rusiya və ABŞ arasında üç təmas nöqtəni açıqladı

17 May 2019 09:48

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi danışıqları müvəffəqiyyətli adlandırıb. Pompeo bu haqda “Fox News Radio” ilə söhbətində danışıb. O, vurğulayıb ki, ABŞ və Rusiya üç sferada əməkdaşlıq edə bilər.

Azərbaycanda bütün sənədsiz evlər rəsmiləşdiriləcək - Prezident tapşırıq verdi - VİDEO

17 May 2019 09:47

"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək".  Bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

“Oyuq”çular “Keçmişə sənət səyahəti” edəcəklər

16 May 2019 16:45

Mayın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu “Keçmişə sənət səyahəti” adlı tədbir ilə sənətsevərləri bir araya gətirəcəklər. Olaylar.az bildirir ki, Beynəlxalq muzeylər günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq. Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar.

Akademik Yusif Məmmədəliyevə həsr olunan müsabiqənin II mərhələsinə 31 şagird vəsiqə qazanıb

16 May 2019 15:41

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında keçirilən “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin I mərhələsinə yekun vurulub.

“Google Translate” servisində əlavə funksiyalar istifadəyə veriləcək

16 May 2019 15:36

"Google Translate" servisində son illərin ən böyük yenilənməsi həyata keçirilərək əlavə reallığa əsaslanan funksiyaların – mobil qurğunun kamerası vasitəsilə tərcümə imkanının istifadəyə veriləcəyi gözlənilir. Hazırda "Google Translate" proqramı işə salınan və smartfonun kamerası tanış olmayan dildə mətnə yönəldilən zaman ilk növbədə dil və tərcümə ediləcək mətnin seçilməsi tələb olunur. Bu isə rahat deyil.

“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

16 May 2019 15:21

Mayın 20-də Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Olaylar.az bildirir ki, sərgidə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaşarası uşaqların isə 170 əsəri nümayiş ediləcək. 

Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu

16 May 2019 15:08

Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu.

Rafiq Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Aşqabadda XIV Forumunda 

16 May 2019 15:02

Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin elm və yaradıcı ziyalılarının XIV Forumu işə başlayıb. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki,  MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Vüqar Quliyevlə "Dünyaya mənəvi səyahət"

16 May 2019 12:38

Mayın 26, saat Premier Expo Hoteldə  "Dünyaya mənəvi səyahət" layihəsi təqdim ediləcək. ediləcək. Olaylar.az bildirir ki, layihənin məqsədi 10 ehtiyyaclı  ailəyə dəstək olmaq və seminar keçirməkdir.

Akademik Musiqili Teatrın solisti Belarusiya və Ukraynada uğurla çıxış etdi

16 May 2019 12:24

Minsk şəhərində dünya şöhrətli opera ifaçısı, Belarusiya Respublikasının Xalq artisti Natalya Qaydanın 80 illiyi təntənəli yubiley mərasimi ilə qeyd olunub.

Milli İncəsənət Muzeyinin yeni təmirdən çıxmış korpusunun açılış mərasimi olacaq

16 May 2019 12:02

 18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında ölkəmizdə silsilə tədbirlər keçirilir.

“Generalın son əmri” yenidən Milli Dram Teatrında

16 May 2019 11:57

Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında eyniadlı ikihissəli tragikomik tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.