Akademik Yusif Məmmədəliyevə həsr olunan müsabiqənin II mərhələsinə 31 şagird vəsiqə qazanıb
AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında keçirilən “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin I mərhələsinə yekun vurulub.
16 May 2019 15:41 SosialAMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında keçirilən "Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm" müsabiqəsinin I mərhələsinə yekun vurulub.
Müsabiqənin II mərhələsi mayın 26-da NKPİ-də saat 10:00-da keçiriləcək. Bu mərhələyə IX sinif üzrə 12, X sinif üzrə 19 şagird vəsiqə qazanıb.
Qeyd edək ki, iştirakçılar mayın 26-sı saat 09:30-da qeydiyyatdan keçməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31