Qahirədə dünyanın ən enli asma körpüsü istifadəyə verildi

Misirin paytaxtı Qahirənin şimal hissəsində Nil çayının üzərində yeni asma körpü istifadəyə verilib. Altızolaqlı körpünün eni 70 metrə yaxındır. Bu, dünyanın ən geniş körpüsüdür.

Misirin paytaxtı Qahirənin şimal hissəsində Nil çayının üzərində yeni asma körpü istifadəyə verilib.

Altızolaqlı körpünün eni 70 metrə yaxındır. Bu, dünyanın ən geniş körpüsüdür.

Ginnesin Rekordlar Kitabının regional bölməsinin məlumatına görə, hazırda bu körpünün dünyanın ən enli asma körpüsü kimi tanınması istiqamətində işlərə başlanılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31