Gündəm
Romada 28 May Respublika Günü müasibətilə rəsmi ziyafət
Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən Romanın The Westin Excelsior Roma mehmanxanasında 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil olunub.
"Yüksəl, ey Azərbaycan" adlı musiqi albomunun təqdim edildi
Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə hazırlanmış "Yüksəl, ey Azərbaycan" musiqi albomunun təqdimat mərasimi keçirildi. Olaylar.az bildirir ki, layihənin rəhbəri Prezident təqaüdçüsü, Milli Konservatoriyanın doktorantı, beynəlxalq festival laureatı Leyla Muradzadədir.
Muzeydə “Açıq qapı” günü
Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində növbəti tədbir 1 iyun- Beynəlxalq Uşaqlar Gününə həsr olunacaq.
Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində Respublika günü
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə Kuba xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək
Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək
Lənkəranda Beynəlxalq Teatr Festivalı keçiriləcək
1-5 iyun tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Lənkəran şəhərində Beynəlxalq Teatr Festivalı keçiriləcəkdir.
Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə səfərdədir
30 iyun-10 iyul tarixində Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcəkdir. Olaylar.az bildirir ki, sessiyanın sədri qismində nazir Əbülfəs Qarayev tədbirə hazırlıq məsələlərinin müzakirəsi və təşkilatın baş qərargahında keçiriləcək informasiya sessiyasında iştirak etmək məqsədilə Parisdə səfərdədir.
“Nəticə var” – Erməni nazirdən şok Qarabağ açıqlaması
“Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzəri baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik”.
"Röyters" AÇIQLADI: S-400-lər Türkiyəyə gəlsə, ABŞ...
ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər. Bu barədə “Röyters” informasiya yayıb. Agentliyə müsahibə verən amerikalı rəsmilər Türkiyənin ABŞ-ın bütün etirazlarına rəğmən, Rusiyadan silah almasına cavab olaraq bu variant üzərində ciddi şəkildə düşündüyünü bildirib.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşadakı məscidlə bağlı bəyanat yaydı
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq.
Aydan da AzTV-də işə başladı
Aparıcı Aydan Axundova AzTV-də işə başlayıb. O, "Deyirlər ki..." adlı verilişə aparıcılıq edəcək. Artıq proqramın ilk çəkilişi baş tutub.
Çin hərbçiləri “Windows” sistemindən imtina edəcəklər
Çin məmurları hərbçilərin kompüterlərinə “Windows” əməliyyat sisteminin quraşdırılmasından imtinaya dair qərar veriblər. Onların fikrincə, ABŞ tərəfindən müdaxilə təhlükəsi yüksəkdir. “Microsoft”un proqram təminatının əvəzinə, şəxsi əməliyyat sistemindən istifadə nəzərdə tutulur.
Kaliforniyada 28 may Respublika günü
ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may tarixini “Azərbaycan Milli Günü” elan edib. Olaylar.az bildirir ki, bununla bağlı şəhər meri Con Damiko (John D’Amico) və Şəhər Şurasının üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.
Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verdi
Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədə yaşayan azərbaycanlıya ölkə vətəndaşlığı verib. Bununla bağlı dövlət başçısının rəsmi saytında yerləşdirilmiş fərmanda bildirilir.
“Bürc Xəlifə” Azərbaycan bayrağına büründü
Ötən gün Dubayda yerləşən Bürc Xəlifə binası 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Göydələn ötən gecə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb. Qeyd edək ki, Bürc Xəlifə dünyanın ən hündür tikilisidir.














