Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində Respublika günü

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirdə Kuba xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilmişdir.

Olaylar.az bildirir ki, tədbirdə Kuba xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və Havanada akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri iştirak etmişlər.

Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov çıxış etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində nail olduğu demokratik dəyərlər və tarixi əhəmiyyətindən bəhs etmişdir. Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik respublikanın yaradılmasının xalqımızın dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirmişdir.

Azərbaycanın 1991-ci ildə yenidən müstəqilliyini əldə edərək, dünya birliyinin tam və bərabər hüquqlu üzvü olduğu diqqətə çatdırmışdır. Müasir dövrdə Azərbaycanın əldə etdiyi uğurların, ölkəmizin suverenliyinin qorunub saxlanması və gələcəkdə də davamlı inkişafının təmin edilməsinin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi fəaliyyəti və fövqəladə xidmətləri sayəsində mümkün olduğu bildirilmişdir.

Vurğulanmışdır ki, müasir Azərbaycanın bütün sahələrdə davamlı inkişafına ölkəmizin Ermənistan tərəfindən təcavüzə məruz qaldığı ağır tarixi şəraitdə nail olunmuşdur. Azərbaycan diplomatı, Ermənistanın ölkəmizə qarşı davam edən işğalçılıq və etnik təmizləmə siyasətinin nəticələrindən bəhs etmiş, Azərbaycanın iyirmi faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin işğal altında saxlandığını vurğulamışdır. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi sənədlər haqda məlumat verilmiş, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilmədiyi diqqətə çatdırılmşdır.

C.Salehov qeyd etmişdir ki, Azərbaycan qarşılaşdığı təcavüzün ağır nəticələrinə baxmayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diplomat, Beynəlxalq əlaqələrini da möhkəmlədən Azərbaycanın sosial-iqtisadi sahədə nail olduğu uğurlardan bəhs etmişdir.

Tədbirdə çıxış etmiş Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Noemí Rabaza Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibəti ilə təmsil etdiyi təşkilat adından təbriklərini çatdırmışdır.

Noemi Rabaza həmçinin Kubaya qarşı tətbiq edilən iqtisadi, ticarət və maliyyə blokadasının aradan qaldırılması istiqamətində BMT çərçivəsində Azərbaycan tərəfindən daim birmənalı şəkildə göstərilmiş mühüm dəstəyin Kuba hökuməti tərəfindən hər zaman yüksək dəyərləndirildiyini diqqətə çatdırmışdır.

Kuba hökumətinin rəsmisi həmçinin, ölkələrimiz arasında dostluq əlaqələrinin gələcəkdə daha da möhkəmlənəcəyinə və ikitərəfli münasibətlərin davamlı şəkildə inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Daha sonra bayram tədbiri Havana Musiqi Məktəbinin gənc skripkaçılarının çıxışları ilə davam etmişdir. Tədbir zamanı Azərbaycan bəstəkarlarının klassik əsərləri və xalq mahnıları səsləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31