Gündəm

ABŞ-ın Arizona ştatında 28 may “Azərbaycan Milli Günü” elan edilib

29 May 2019 10:06

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib. Olaylar.az bildirir ki, bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.

Ərdoğan Respublika Günü ilə bağlı Tvitterdə təbrik yazdı - FOTOLAR

29 May 2019 10:01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 101-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Hikmət Hacıyev Romada Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə təşkil olunmuş elmi-akademik tədbirlərdə 

28 May 2019 19:32

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Romada görüşlər keçirib

28 May 2019 18:25

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  İtaliyaya səfəri çərçivəsində İtaliya Respublikasının Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro, İtaliya Respublikasının Baş nazirinin diplomatik müşaviri səfir Pietro Benassi və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Siyasi Məsələlər və Təhlükəsizlik Baş Direktorluğunun rəhbəri səfir Sebastiano Kardi ilə görüşlər keçirib.

Zərif Bakıya gəlir

28 May 2019 16:02

Zərif Bakıya gəlir

Ukrayna Kerç boğazı üçün beynəlxalq status almaq istəyir

28 May 2019 08:40

Ukrayna Kerç boğazı üçün beynəlxalq statusa nail olmaq niyyətindədir. Bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçının müavinini Yelena Zerkal bildirib. Diplomatın sözlərinə görə, bu, indiyə qədər mövcud olan bir çox məsələləri həll etməyə imkan verəcək.

Azərbaycana gələn əcnəbilərin sayında kəskin artım

28 May 2019 08:35

Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.

Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqladı

28 May 2019 08:32

Mayın 28-də səhər saatlarında Yaponiyanın Kavasaki şəhərində naməlum kişi bıçaqla məktəblilərə hücum edib. Hadisə nəticəsində hücum edən şəxs özü də daxil olmaqla üç nəfər ölüb və daha üçünün vəziyyəti ağırdır.

Qızının toyunda oğurlanan mühacir…

28 May 2019 08:30

Dünən sosial şəbəkədəki bir paylaşımıma hörmətli alimimiz Solmaz Tohidi xanımın yazdığı şərh məni çox kədərləndirdi. Bilirik ki, Azərbaycan siyasi mühacirət tarixinin Türkiyə, Fransa, Almaniya dövrü son 30 ildə kifayət qədər öyrənilsə də, İran dövrü, demək olar ki, araşdırılmayıb. Şərhində dəyərli diplomatımız, alimimiz Ramiz Abutalıbov da bu mövzunun araşdırılmasının vacibliyindən bəhs etdi.

“Azərbaycanım” II Respublika uşaq rəsm festivalı keçirilib

28 May 2019 08:25

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika Günü”nə həsr olunmuş “Azərbaycanım” II Respublika uşaq rəsm festivalı Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq  havada təşkil olunub.

II İlya Keşikçi Dağı ilə bağlı bəyanat yaydı

28 May 2019 08:22

Gürcüstan patriarxı II İlya Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat yayıb. Patriarx Gürcüstan və Azərbaycan arasında intensiv danışıqların ədalətli qərarla yekunlaşacağına ümidvar olduğunu bildirib.

İsrail Suriyaya raket zərbələri endirdi

28 May 2019 08:20

İsrail hərbçiləri Suriyanın Kuneytra əyalətində kəndi raket atəşinə tutublar. Bu haqda Suriyanın dövlət telekanalı bildirib.

İlyas Əfəndiyevin 105 illik yubileyi qeyd ediləcək - “Boy çiçəyi” tamaşası nümayiş olunacaq

28 May 2019 08:18

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsəri görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il ötür

28 May 2019 08:14

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından101 il ötür.

Tanınmış Azərbaycan memarları barədə sənədli film çəkilir

28 May 2019 08:13

Mədəniyyət Nazirliyi Azərbaycan Memarlar İttifaqı ilə birgə tanınmış Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Hüseynov barədə sənədli filmin çəkilişinə başlayıb.