Gündəm
Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi - VİDEO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən "Polis idmançıları yaxından tanıyaq" adlı rubrikaya başlanılıb.
İstanbul körpüləri Azərbaycan bayrağının rənglərində işıqlandırıldı
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.
Zorla oruc tutmaq uşaqların psixologiyasına mənfi istiqamətdə təsir göstərə bilər
On bir ayın sultanı Ramazan ayında böyükdən –kiçiyə hər kəs oruc tutur, ibadət edir. Oruc tutan şəxslər arasında azyaşlı uşaqların üstünlük təşkil edir. Olaylar.az bununla bağlı psixoloq və din xadiminin fikirlərini yayımlayır.
Seyid Şuşinskinin 130 illik yubileyi qeyd olunacaq - “Unudulmayanlar” layihəsində
Mayın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar” layihəsi çərçivəsində Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin görkəmli xanəndənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı 4 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar təşkil olunur. Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın dəstəyi ilə reallaşacaq yubiley gecəsində Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açılacaq, muğam ustadları sənətkarla bağlı xatirələrini bölüşəcəklər. Tədbirdə həmçinin tanınmış xanəndələrin ifasında muğam dəstgahları səsləndiriləcək.
“GəncLİK” proqramına start verilir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir.
Bakı Yunus Əmrə İnstitutunda tələbələrin əsərlərindən ibarət sərgi
Mayın 31-də Bakı Yunus Əmrə İnstitutu və BUSMEK-in birgə əməkdaşlığı ilə institutda ebru, tezhib və çini kursları bitirən tələbələrin əsərlərindən ibarət sərgi açılacaq.
Zülfüqarovun 90 illiyi qeyd ediləcək
Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.
İsmayıl Şıxlının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək
Mayın 30-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcəkdir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncam imzalamışdır.
“Uşaq kinosu həftəsi” və xeyriyyə tədbiri keçiriləcəkdir
1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Olaylar.az bildirir ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Mədəniyyət Nazirliyinin və Bakı Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində cari il mayın 27-dən 31-dək “Uşaq kinosu həftəsi” və mayın 30-da Nizami Kino Mərkəzində xeyriyyə tədbiri keçiriləcəkdir.
Azərbaycan dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək
Azərbaycan dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək
Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub
Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən Diri Baba türbəsində olublar.
Nazirlik işçilərini daşıyan avtobusa HÜCUM: 10 yaralı var
Əfqanıstan paytaxtı Kabildə partlayış baş verib. Minalı partlayışın hədəfi nazirlik işçilərini daşıyan avtobus olub. Əfqanıstanın Daxili İşlər Nazirliyinin informasiyasına görə, avtobusda Həcc Ziyarəti və Dini İşlər üzrə Nazirliyin əməkdaşları olub.
Fotoqrafika sərgisi keçiriləcək - "Zəriflik"
Mayın 27-də, saat 15:00-da Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 May Respublika Gününə həsr olunmuş "Zəriflik" adlı fotoqrafika sərgisi keçiriləcək.














