Gündəm
Bakıda Autizm Mədəniyyət Festivalı keçiriləcək
Azərbaycanda ilk dəfə autizm sindromlu uşaqların Autizm Mədəniyyət Festivalı keçiriləcək. Tədbir mayın 31-də “Uşaqların Xoşbəxt Gələcəyi”, "Birgə və Sağlam" ictimai birliklərinin və "Ümid var" xeyriyyə könüllülərinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutacaq.
“Google Duo”da qrup videozəngləri əlçatan olub
“Android” əməliyyat sisteminə öncədən quraşdırılan “Google Duo” videoçatında qrup videozəngləri funksiyası əlçatan olub. Dialoqda eyni anda ən çoxu 8 nəfər iştirak edə bilər.
Musa Yaqub xəstəxanadan evə buraxılıb
Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb. Bu barədə məlumatı qızı Yaqut Yaqubova verib. O bildirib ki, hazırda şairin vəziyyəti stabildir:
Əməkdar artist: Bu, bütövlükdə teatr sənətinə verilən qiymətdir
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mənə verilən bu yüksək fəxri ad mənim uzun illərdən bəri yaradıcılığıma, sənətimə verilən böyük qiymət və dəyərdir. Bunu açıqlamasında tanınmış sənətçi, Əməkdar artist Nadir Xasıyev deyib.
Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 30 may Yevlax, Zaqatalada, 8 iyun Tovuzda, 29 may – 12 iyun Binə qəsəbəsində, 27 may - 25 iyun Şirvan, Xırdalan, Füzulidə, 29 may – 27 iyun Xaçmaz, Yardımlı, Göyçay, Astarada vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Muzey direktoru mükafatlandırıldı
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev “Azərbaycanda təsviri incəsənətin inkişafında, milli-mədəni irsimizin qorunması və xarici ölkələrdə təbliği sahəsində böyük xidmətlərinə, Respublikada layiqli, “yüksəkmədəniyyətli insanlar cəmiyyətinin” inkişafına verdiyi töhfəyə və şəxsi mədəniyyətinə görə” “Simurq” beynəlxalq medalı ilə təltif olundu
Respublika Günü və Diplomatik Xidmət oraqanlarının 100 illiyi təntənəli şəkildə qeyd olundu - Los Ancelesdə
ABŞ-ın Los Anceles şəhərində Azərbaycanın Respublika Gününə və diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş geniş tədbir keçirilib. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə 400-dən çox qonaq, o cümlədən Kaliforniya ştat rəsmiləri, Dövlət Departamentinin nümayəndələri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, azərbaycanlılar, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tramp İranla mümkün danışıqları qiymətləndirdi
Amerika lideri Donald Tramp bildirib ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər.
Litvada yeni prezident məlum oldu
Müstəqil namizəd, iqtisadçı Gitanas Nauseda Litvada prezident seçkilərinin ikinci turunda qalib gəlir. 1972 seçki məntəqəsindən 1521-də səslərin hesablanmasına görə, Nauseda 70,64 faiz səs toplayıb.
“Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi
Azərbaycan Dillər Universitetində (ADU) XII beynəlxalq Çin dili üzrə “Çin dili körpüsü” müsabiqənin Azərbaycan üzrə seçim turu olub. Müsabiqə “Çin dilini öyrən və öz gələcəyini qur” devizi altında məktəblilər arasında keçirilib. Olaylar.az bildirir ki, seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Çin dilinin təbliği üzrə Dövlət Dəftərxanası – Konfutsi İnstitutlarının qərargahı və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə müxtəlif orta məktəblərin şagirdləri, eləcə də Konfutsi İnstitutundakı Çin dili kurslarının tələbələri qatılıblar. Çinin Azərbaycandakı səfirliyinin siyasi söbəsinin müdiri Cen Xaynin bildirib ki, müsabiqənin məqsədi Azərbaycan məktəblilərinin Çin dili və mədəniyyətinə dair biliklərini nümayiş etdirməkdir.
“Bu, mənim Vətənimdir!” adlı foto müsabiqə
"IRS" jurnalı və Azərbaycan Fotoqraflar Birliyi “Bu, mənim Vətənimdir!” adlı foto müsabiqəsini elan edir. Olaylar.az bildirir ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçiriləcək: "Mənim diyarım". Kənd mənzərələri, ən əhəmiyyətli turizm obyektləri, memarlıq və tarixi abidələr; "Mənim şəhərim". Şəhər mənzərələri;
Xalidə Bayramova bu vəzifəsini itirdi
Səbail rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. İcra başçısının müvafiq əmrinə əsasən başçının birinci müavini Xalidə Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.
Şəhərin mərkəzində ikimərtəbəli bina yandı: ölən və yaralananlar var - FOTO
Türkiyədə dəhşətli yanğın hadisəsi qeydə alınıb. İstanbul şəhərinin Kadıköy səmtində ikimərtəbəli binanın damı alovlanıb.
Final öncəsi Bakıda azarkeş coşqusu - FOTOSESSİYA
Final öncəsi Bakıda azarkeş coşqusu - FOTOSESSİYA
"Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib"- Səfirliyin Bəyanatı
"Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib"- Səfirliyin Bəyanatı














.jpg)