Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək

Tamaşaçıların daşınması ekspres avtobusları ilə həyata keçiriləcək

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki,  final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək. 

Final oyununa bilet alan şəxslər həmçinin Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31