Küveyt Xarici İşlər Nazirliyi İran səfirinə etiraz notası təqdim edib

Küveyt Xarici İşlər Nazirliyi Hörmüz boğazında tankerə edilən hücuma görə İran səfirinə etiraz notası təqdim edib.

Olaylar xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Bildirilir ki, Küveytə məxsus "Kaifan" tankerinə 20 iyul axşamı Hörmüz boğazından keçərkən hücum edilib. Nəticədə bir neçə nəfər yaralanıb.

Küveyt İrandan hücumları dərhal dayandırmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31