Dünya
“Amerika rəhbərliyi sərsəmlərdən ibarətdir”- TRAMP
“ABŞ-ın hərbi administrasiyasının Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi istiqamətində verdikləri bəyanatları uğursuz alınmaqla yanaşı, həm də sərsəmliyin göstəricisidir“. SİA Amerika mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“ABŞ Cəbhət ən Nusra” terror qruplaşmasını himayə edir”- RUSİYA XİN
ABŞ rəhbərliyi terrorçularla əməkdaşlıq edərək, bundan səmərə qazanmaq cəhdlərinə son qoymalıdırlar. SİA-nın məlumatına görə, bu barədə Çinin beynəlxalq radiosuna müsahibəsində Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Ermənistanın müharibədən qaçmaq üçün yeni hiyləsi - Amma...
Ermənistan hakimiyyəti yeni hiyləyə əl atıb. Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan deyib ki, Azərbaycan Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlara "hansısa sonrakı mərhələdə deyil, məhz indi başlamalıdır". Eyni gündə başqaları da bu mövzunu gündəmə gətiriblər. Məsələn, vaxtilə hakimiyyətdə təmsil olunan Demokrat Partiyasının lideri Aram Sarkisyan da eyni sözləri deyib. Görünür, İrəvanda qapalı şəkildə yüksək səviyyədə toplantı keçirilib, müharibə təhlükəsinin qarşısının alınması yolları haqqında müzakirə açıblar və yeganə "ağıllarına" gələn "danışıqlarda Dağlıq Qarabağ da iştirak etsin" fikri olub.
Türkiyə İŞİD mövqelərinə artilleriya zərbələri endirdi
Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror təşkilatının mövqelərinə 73 artilleriya zərbəsi endirib. Olaylar.az bildirir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
ABŞ Avropaya 6 min hərbçi göndərəcək
Birləşmiş Ştatların bu qış Avropaya göndərəcəyi əlavə zirehli tank briqadası 4 min nəfərdən ibarət olacaq. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Müdafiə Nazirliyi strukturuna daxil olan Ordu Nazirliyinin (Quru Qoşunları) nümayəndələri məlumat veriblər.
HDP-lilər niyə həbs olunub? - Dəmirtaşa qarşı 20 ŞOK ittiham
Dağıstanda 4 silahlı öldürüldü
Dağıstanın Xasavyurt rayonunda 4 silahlı zərərsizləşdirilib. Olaylar.az report-a istinadən xəbər verir ki, onların arasında Xasavyurtda fəaliyyət göstərən cinayətkar dəstəsinin başçısı da var. Məlumata görə, noyabrın 4-də gecə saatlarında Xasavyurtda avtomobillərin yoxlanlııması zamanı saxlanılan maşınlardan birinin salonundan atəş açılıb. Cavab atəşi nəticəsində avtomobilin salonundakı 4 nəfər öldürülüb.
Ermənilər artıq Rusiyaya naz edirlər
Ermənistan əhalisinin 72%-i Rusiyadan hərbi yardımı qəbul etməyə razıdır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu nəticə Avrasiya İnkişaf Bankının İnteqrasiya Tədqiqatları Mərkəzinin hazırladığı hesabatda yer alıb. Hesabata əsasən, bu, son 5 ilin ən aşağı göstəricisi hesab edilir. Builki göstərici keçən ilkinə nisbətdə 10% azdır.
Son dəqiqə: Türkiyədə PARTLAYIŞ - YENİLƏNİB - VİDEO
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Bundan əvvəl 6 nəfərin yaralandığı bildirilirdi.
Türkiyədə "Facebook" və "Twitter"ə giriş məhdudlaşdırıldı
Türkiyədə "Twitter", "Facebook" və "Youtube" sosial şəbəkələrinə girişə məhdudiyyət yaradılıb.
QALMAQAL: "Məhəmməd peyğəmbər (s) olmasaydı, Fətullah Gülən sonuncu peyğəmbər olacaqdı"
FETÖ-ya qoşulan gənclərin beynini necə "yeməsi" ilə bağlı yeni məlumatlar əldə edilib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, bu barədə məlumatı FETÖ-nün hörmətli "abi"si polislərə ifadəsi zamanı verib.
NATO Əfqanıstanı bombaladı: 30-dan çox dinc sakin öldü
Prezidentliyə namizəd Hillari Klinton dövlətə xəyanətdə ittiham olundu
Türkiyədə qəfil gecə əməliyyatı: kürd millət vəkilləri həbs olundu
58 yaşı olsa da, dəbli və cazibədardır
Şeron Stoun "CMA" mükafatlarının təqdimetmə mərasimində görünüb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-ın Naşvil şəhərində baş tutan gecədə qırmızı xalça üzərində diqqət çəkən simalardan biri də 58 yaşlı aktrisa olub. "Əsas instinkt" filminin ulduzu olan Ş.Stoun yaşına rəğmən cəlbediciliyini qoruyub saxlayıb. O, qara libası və bahalı aksesuarları ilə diqqət çəkib. Olaylar.az














