Dünya

Madonna içib özünü bu hala saldı

3 Noyabr 2016 19:46

Müğənni Madonna Londonda baş tutan məşhur sərgidə hərəkətləri ilə diqqət çəkib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 58 yaşlı pop ulduz içkili vəziyyətdə yerə yıxılaraq kamera qarşısında poz verib. 

"Kiraz Mevsimi"nin qəhrəmanları evlənir

3 Noyabr 2016 19:40

"Kiraz Mevsimi" serialında tanış olub sevgi münasibətinə başlayan Serkan Çayoğlu və Özge Gürel barışıblar. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl ayrılıq xəbərləri yayılan cütlük xarici ölkələrdən birinə tətilə yollanıblar. İkilinin evlilik qərarı verdiyi məlum olub. Olaylar.az

Övladları Ancelina Colidən imtina etdilər

3 Noyabr 2016 19:33

Ancelina Coli və Bred Pitt ayrıldıqdan sonra uşaqlar valideynlər arasında bölüşəcəklər. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 6 övladdan ikisi – övladlığa götürülən Pets və Coli ilə Pitt nikahından olan Şaylo atası ilə qalmaq istəyir.

"Facebook"da ürəyini satışa çıxardı

3 Noyabr 2016 19:28

Avstraliya sakini maraqlı alış-veriş üsuluna əl atıb. Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kanberra sakini Denis Hevit ürəyini 175.000 dollara satışa çıxarıb. Dennis elanı “Facebook” vasitəsilə hər kəsə yayıb.

Bu çaydanın qiyməti insanı ŞOKA salır!

3 Noyabr 2016 19:23

Bu yaxınlarda Londonda dünyanın ən bahalı dəm çaydanı nümayiş etdirilib. Bu çaydanın qiyməti 3 milyon ABŞ dollarıdır.

Dünyanın ən miniatür kompüteri bioloji virus ölçüsü boydadır

3 Noyabr 2016 19:18

Son illərdə istifadəçi texnikasının ölçülərinin kiçilməsi tendensiyası müşahidə olunmur. Bu, xüsusilə smartfonlar barəsində nəzərə çarpandır: displeyin diaqonalı yalnız artmağa davam edir. Bununla belə qurğuların daxili komponentlərinin ölçüləri kiçilməkdədir. Kaliforniya Universitetinin mühəndisləri dünyada ən kiçik kompüteri yaradıblar. Sözügedən qurğunun ölçüləri hər bir tərəfdən 50 nanometri ötmür. Bu, təxminən bioloji virus ölçüsündədir.

İspanaq partlayıcı maddəni aşkarlamağa kömək edəcək

3 Noyabr 2016 19:11

ABŞ alimləri bitkini partlayıcı maddələr detektoruna çevirməyə imkan verən texnologiya hazırlayıblar.

Türkiyədə terror təhlükəsi - Bu dəfə Qaziantepdə

3 Noyabr 2016 18:41

Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.

Erməni nazir əhalidən xahiş etdi: "Bir ay da dözün"

3 Noyabr 2016 18:26

Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyanjurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: "Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq".

Karasin: "Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil"

3 Noyabr 2016 17:55

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə hazır deyil. APA-nın məlumatına görə, bu sözləri "RİA Novosti"yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. O bildirib ki, son 4 ildə ikitərəfli əlaqələri sağlamlaşdırmaq mümkün olub: “Rusiya Gürcüstanın əsas xarici iqtisadi tərəfdaşları siyahısına düşüb, nəqliyyat əlaqələri normallaşıb, ənənəvi humanitar, mədəni  əlaqələr inkişaf edir. Yəni iki xalqının maraqları çərçivəsində irəliləyişlər əldə olunub. Lakin digər tərəfdən, Gürcüstan tərəfi yenə də Rusiya ilə 2008-ci ilin sentyabrında pozduğu diplomatik münasibətləri bərpa etməyə hazır deyil. Rəsmi Tbilisi mütəmadi olaraq ölkəmizə qarşı ritorikalar səsləndirir. Bu, yumşaq desək, yuxarıda sadaladığım müsbət irəliləyişə dayanıqlılıq gətirmir”.

MKİ-nin keçmiş analitiki: "Klinton seçiləcəyi təqdirdə..."

3 Noyabr 2016 17:48

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klintonun Cənubi Qafqazla bağlı mövqeləri kəskin fərqlənir.

Rusiyada “geydirmə” krossovka satan azərbaycanlını 2 il həbs gözləyir

3 Noyabr 2016 17:31

Rusiyada dəmiryol vağzalında krossovka satışı ilə məşğul olan Azərbaycan vətəndaşı həbs oluna bilər. Biznesmen yüzdən çox saxta ayaqqabını “brend” adı altında satmaqda günahlandırılır.

Ermənistan əhalisi 634,7 min nəfər azalıb

3 Noyabr 2016 17:29

Ermənistan əhalisinin sayı açıqlanıb. Ermənistan KİV xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər sakini var.

Qırğızıstan parlamentində koalisiya yaradılıb

3 Noyabr 2016 17:07

Qırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya yaradılıb. "Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) fraksiyasının katibliyindən RİA "Novosti"yə məlumat verilib.