Dünya
Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı
Türkiyə polisi Xalqların Demokratik Partiyasının (HDP) deputatı Ziya Piri ifadəsi alındıqdan sonra sərbəst buraxıb. Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Bir qab yemək verib təcavüz etdilər: "Məni zorlayan gün..."
Nigeriyada Boko Haram (radikal islamçı təşkilat) dəhşətindən qaçıb ölkənin şimalındakı düşərgəyə sığınan qadınlara polislərin təcavüz etməsi barədə məlumatlar yayılıb.
Bəkir Bozdağ: "Saxlanılan HDP deputatları hüquqa hörmətsizlik ediblər"
Türkiyədə saxlanılan millət vəkilləri hüquqa hörmətsizlik ediblər. Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu ədliyyə naziri Bəkir Bozdağ deyib. Nazir Xalqların Demokratik Partiyasından (HDP) olan deputatların bəzilərinin saxlandığını bildirib: "15 millət vəkili saxlanılıb".
Rusiya vətəndaşı oldu
Rusiya prezidenti Vladimir Putin Hollivud ulduzu Stiven Siqalı Rusiya vətəndaşlığına qəbul olunması haqda qərar imzalayıb. Qərar Kremlin rəsmi internet səhifəsində yayımlanıb.Kremlin mətbuat sözcüsü Dmitri Peskov məşhur aktyorun uzun zamandı Rusiya vətəndaşlığına qəbul olmaq istəyi haqda da məlumat verib.Peskov həmçinin Stiven Seqalın Rusiyanı çox sevdiyini vurğulayıb.
Ananın dəhşətli cəzası
İstanbulda görünməmiş hadisə yaşanıb. Belə ki, Ebru. M adında ana məktəb avtobusuna gecikərək, məktəbə getmək istəməyən oğluna dəhşətli cəza verib. Belə ki, zivə ipi ilə oğlunun əllərini, qollarını, belini şəxsi avtomobiline bağlayan ana 8 yaşındakı oğlunu 100 m sürüyüb. Hadisədən dəhşətə gələn vətəndaşlar anaya mane olmaq istədikdə, o “atam da məni belə cəzalandırırdi” – deyərək özünə haqq qazandırıb və istəyini reallaşdırıb. Anaya mane ola bilməyən insanlar polisdən kömək istəyiblər. Hadisə yerinə gələn İstanbul polisi, ananı bölməyə aparıb. Qadının ifadəsi alınaraq sərbəst buraxıblar.
Bir qab yemək verib təcavüz etdilər: "Məni zorlayan gün..."
Səmada təhlükəli vəziyyət
İstanbuldan havaya qalxan təyyarə Rusiya səmasında başqa bir təyyarə ilə toqquşma təhlükəsi yaşayıb. .İstanbuldan Moskvaya gələn və Moskvadan Qroznuya uçan iki Boeing sərnişin təyyarələri hava da təhlükəli anlar yaşayıblar. İstanbuldan Moskvaya qalxan Boeing 737 – 800 tipli təyyarə 3650 metr yuksəklik də 3550 metrəyə düşməsi və Moskvadan Qrozniya uçan Boeing 737 – 500 tipli sərnişin təyyarəsinin isə hündürlüyə qalxması, təhlükəli şəkil də bir – birlərinə yaxınlaşmaları qəza şəraitini yaradıb.
Azərbaycanlı Rusiyada bir milyonluq qızılla tutdu
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan vətəndaşından unikal qızıl külçə müsadirə edib. Olaylar.az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata əsasən, Neryunqridə keçirilən xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşına məxsus "Mercedes" markal avtomobil saxlanılıb.
Donald Tramp Almatı şəhərinin keçmiş hakimi Viktor Xrapunovun çirkli pullarının yuyulması ilə məşğul olub
Belə bir iddia ilə nüfuzlu “Financial Times” qəzeti çıxış edir
Terrorçular məhv edilib
Ötən gün Türkiyə Hərbi Hava Quvvələrinə aid olan İHA lar kəşif uçuşu apardıqları Tuncelinin Pülümür rayonunun Qızılməscid vadisində, saat 16-30 radələrində bir qrupp PKK – çı terrorçuların yeri müəyyən edilib. Təcili havaya qalxan iki ədəd F-16 qırıcısı bölgəni bombardıman edib.Sahəyə helikopterlər ilə xüsusui təyinatlı jandarm birlikləri endirilib. Aparılan əməliyyat nəticəsində 15 terrorçunun məhv edildiyi bildilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
İŞİD -ə qoşulmaq istəyənlər həbs olunub
Honk Konq da polisdən qaçan və Suriyaya keçərək İŞİD - ə qoşulmaq istəyən iki Malaziyalı şəxs İstanbul da Türk polisləri tərəfindən həbs olunublar. Daha sonra onlar ölkədən çıxarılaraq, Malaziya polisinə təhvil verilib.
Türkiyədə daha bir HDP deputatı saxlanıldı
Türkiyə polisi Xalqların Demokratik Partiyasından (HDP) olan deputat İmam Taşçinarı saxlayıb. Milli.Az bildirir ki, bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir. İ.Taşçinar mehmanxanada olarkən saxlanılıb.
Türkiyəyə 150 ölkədən terrorçular gətirilib
"Diyarbəkirdə baş verən terror nəticəsində çoxlu sayda polis və mülki sakin şəhid olub, yaralanıb". Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib. Onun sözlərinə görə, terrora qarşı mübarizə davam etdiriləcək. "Əraziyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün adamlar gətiriblər. Bu qədər terrorçunu belə addımı atmağa kim yönəldir? Bu, beynəlxaq layihədir. Onlar həm Türkiyə, həm insanlıq, həm də müsəlmanlığın düşmənidirlər. Beynəlxalq ictimaiyyət Türkiyəyə bu məsələdə yetərincə dəstək vermir. Bütün dünya terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədən əl çəksə də, Türkiyə əl çəkməyəcək".
YouTube-da YENİLİK
"Google"un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq. Olaylar.az technote.az-a istinadən bildirir ki, YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz, YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar Facebook və Twitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb.
Səddam Hüseynin nəvəsinin Türkiyədə çiyni qırıldı
İraqın keçmiş lideri Səddam Hüseynin nəvəsi Məsud Uday qəza keçirib. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, o, Türkiyənin Muğla vilayəti yaxınlığında motosikletlə qəza törədib. Çiyni qırılan Məsud Uday hazırda xəstəxanada müalicə olunur. Olaylar.az














