Dünya
Kıvanç Tatlıtuğ xanımına dəstək oldu
Aktyor Kıvanç Tatlıtuğun stilist xanımı Başak Dizer və modelyer Dəniz Marşan İstanbulda mağaza açıb.
Parisdə Türkiyə səfirliyinə SİLAHLI HÜCUM
Bir qrup terrorçu Türkiyənin Fransadakı səfirliyinin binasına "Molotov kokteyli" atıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, nəticədə bina zərər görüb.
Polis idarəsində ictimai fəala deyiblər: "Əyil, ayaqqabımdan öp"
Ermənistan parlamentinin insan haqları və büdcə komissiyalarında İnsan Haqları Müdafiəçisi ofisinin gələn ilə büdcəsi müzakirə olunanda Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının sədri Naira Zohrabyan ombudsman Arman Tatoyana sual verib ki, bu ilin iyul hadisələri vaxtı bir çoxları nümayişdə yalnız iştirak etmişdi, onları isə həbs etdilər. Həbsdə isə Davidaşen polis idarəsində ictimai fəal David Sanasaryanı alçaldıblar. Ona deyiblər ki, "əyil, ayaqqabımdan öp". "Bu hadisə ilə bağlı sizin və bizim bəyanatlardan sonra vəziyyət necədir?" deputat soruşub.
Yəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu
Yəhudi xalqı öz uşaqlarının tərbiyəsinə çox ciddi yanaşır. Keyfiyyətli təhsil, firavanlıq və xoşbəxt uşaqlıq az qala yəhudi xalqının milli ideyasıdır. Yetkin yaşlardan qoyulmuş bu prinsiplər yəhudilərə məqsədyönlü, müdrik və özünə inamlı olmağa kömək edir.
Hələbdə iki rus hərbçisi yaralandı
Suriyanın Hələb şəhərində humanitar dəhlizin atəşə tutulması nəticəsində iki Rusiya hərbçisi yaralanıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, dəhliz silahlılar tərəfindən atəşə tutulub. Hadisə ilə bağlı Kastello bölgəsində yerləşən humanitar dəhlizdən 50-ə yaxın rusiyalı, qərb və ərəb jurnalist təxliyyə edilib.
Son dəqiqə: Türkiyədə təyyarə qəzaya uğradı
Kahramanmaraşda bir kəşfiyyat təyyarəsinin qəzaya düşdüyü haqda xəbər yayılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, saat 14.30 radələrində təhlükəsizlik orqanlarına Tekir Məhəlləsi yaxınlığında bir kəşfiyyat təyyarəsinin qəza xəbəri verilib. Hərəkətə keçən təhlükəsizlik qrupları şəhər mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən əraziyə yollanıblar.
WhatsApp-da narkomaniya reklam olunur
Dünyanın ən populyar mobil messenceri sayılan WhatsApp-da narkotik maddələrin və narkomaniyanın kütləvi, genişmiqyaslı reklamı müşahidə olunur.
Türkiyədə PKK-çı deputatların həbsi - dövlət öz bütövlüyünü qoruyur - ŞƏRH
Müasir dünyada bir sıra hadisələr nəzərə alınmasa da, BMT kimi beynəlxalq hüquq da mövcuddur. BMT və beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü məsələsinə sadiqdir. Yoxsa ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və başqa bu sayaq çoxetnoslu dövlətlər küçələrədək parçalanardı. Deməli, bu parçalanmanın qarşısını almaq üçün insanlar Yer planetində qurduqları dünya adlı məkanda bir-biri ilə münasibətləri qanunlarla tənzimləyirlər. Bunun da nisbi olduğunu və qanunların da insanlar tərəfindən yazıldığını nəzərə alsaq, qanunların da dəyişdirilməsinin mümkünlüyü ortaya çıxar.
Türkiyənin Almaniyadakı nümayəndəsi XİN-ə çağırıldı
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin diplomatik missiyasında müvəqqəti nümayəndənin nazirliyə çağırılmasına dair göstəriş verib.
Toya mərmi atdılar: 11 ölü, 12 yaralı
Əfqanıstanın şimalındakı Faryab vilayətində bir toya minatanla atəş açılıb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, nəticədə 11 sakin dünyasını dəyişib. Aralarında qadınların da olduğu 12 nəfər isə ağır yaralanıb.
Türkiyədə daha bir HDP-li millət vəkili həbs olundu
Türkiyədə polis tərəfindən saxlanılmış müxalifətdən olan millət vəkillərindən daha biri məhkəmə qərarı ilə həbs edilib. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu, Xalqların Demokratik Partiyasının (HDP) üzvü İdris Balukəndir.
Balkanlardakı qardaşı Rusiyadan imtina etdi
Serbiya Avrasiya İttifaqı ilə razılaşma imzalamağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İvitsa Daçiç söyləyib.
İlk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək
Dekabrın 1-də Bakıda ilk Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Milli.Az bildirir ki, bu barədə Trend Amerika-Azərbaycan Ticarət Palatasına istinadən məlumat verir.
Pilot xanımı nazirlə görüşəcək
Keçən il Türkiyə səmasından Suriyaya uçarkən öldürülən rusiyalı pilotun xanımı Yelena Peşkova Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşməyə razılıq verib.Çavuşoğlu Rusiya kanalına verdiyi müsahibəsində pilotun ailəsini ziyarət etmək istədiyini bildirib. Bundan əlavə nazir qeyd edib ki: “biz zamanında ailəyə yardım etməyitəklif etmişdik.Lakin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfindən lazimlı tədbirlərin görüləcəyini bildirdi.Əgər, xanım qəbul edərsə, həyat yoldaşımla birgə ailəni ziyarət edib, üzüntümüzü bir daha bildirmək istərdim”.
Dağdan parlament kürsüsünə transfer olanlar
Ötən gecə Türkiyənin atmış olduğu radikal addım bu ölkəni yenidən dünya diqqətinə daşıdı. Xəbərlərdən də aydın olduğu kimi qardaş ölkənin hüquq-mühafizə orqanları PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-yə qarşı əməliyyat həyata keçirərək sözügedən partiyanın 10-dan çox fəalını həbs edib.














