Dünya

Nəbahat Çehrə: “Bərbəzəkli qadın olmaq istəmirəm”

24 Noyabr 2016 19:25

Nəbahat Çehrə bərbəzəkli, hər gün gözəllik salonlarından çıxan qadın imicindən uzaqlaşmaq istədiyini söyləyib.

Türkiyə filmi ilk 100-lükdə

24 Noyabr 2016 19:18

2005-ci ildə çəkilən baxımlı türk filmi "Babam ve oğlum"un adı İMBD-nin (Internet Movie Database) ilk 100-lüyünə düşüb.

Gülben Ergen xəyanət iddialarına cavab verdi

24 Noyabr 2016 19:11

Müğənni Gülben Ergen keçmiş əri Mustafa Ərdoğana və çəkildiyi "Vəzir barmağı" filminin rejissoruMahsun Kırmızıgülə dəstəkləri üçün təşəkkür edib.

Xanımından boşanan müğənni ölkəni tərk edir

24 Noyabr 2016 19:06

Türkiyənin məşhur müğənnisi Gökhan Özen ölkəni tərk edir. Milli.Az "Kelebek"ə istinadla bildirir ki, həyat yoldaşı Selen Sevigenlə 6 illik evliliyini bitirən müğənni ötən gün Atatürk hava limanında görüntülənib. O, Mayamiyə getdiyini söyləyib.

Disneylənddə terror planlaşdıranlar saxlanıldı

24 Noyabr 2016 18:43

Fransada terror törətməyə hazırlaşan şəxslər saxlanılıb. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəli şəxslər Disneylənd və Yelisey bağında dekabrın 1-də terror törətməyi planlaşdırıblar.

İsraildə güclü meşə yanğınları: on minlərlə insan təxliyə olunur

24 Noyabr 2016 18:30

İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib. Olaylar.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə yerli "Haaretz" qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

Lavrov Türkiyəyə gedir - Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcək

24 Noyabr 2016 17:40

Rusiya və Türkiyənin xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Nyu York polisi gücləndirilmiş rejimə keçir - terror təhlükəsi var

24 Noyabr 2016 17:39

Nyu York polisi İŞİD qruplaşmasının mümkün terror hücumları ilə əlaqədar olaraq, Şükranlıq gününə həsr olunmuş paradın mühafizəsini gücləndirəcək.

Aktrisa soyunmadığı üçün 10 milyon dollar CƏRİMƏLƏNƏ BİLƏR

24 Noyabr 2016 17:05

ABŞ-lı aktrisa Amber Heard ötən il çəkildiyi yeni filmindəki sevişmə səhnələrində soyunmağı rədd etdiyi üçün 10 milyon dollar təzminat ödəməli olacaq. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, aktrisa haqda filmdə "performans və təqdimat öhdəliklərini pozduğu" iddiasıyla istintaq başlanılıb.

Türkiyədə ŞOK: Zibillikdən yığılan çörək qırıntılarından şiriniyyat hazırlayırlar - VİDEO

24 Noyabr 2016 16:26

Türkiyənin Esenyurt Bələdiyyəsi polislərlə birgə bir şiriniyyat müəssəsində qəfil yoxlama aparıblar. Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilərin həmin məkanda qarşılaşdıqları mənzərə bir çox məqamların üstünü açıb.

ABŞ polisi hər dəqiqə Trampın ulduzunu qoruyacaq

24 Noyabr 2016 16:18

ABŞ-ın Los-Anceles şəhər polisi bundan sonra hər dəqiqə yeni seçilən prezident Donald Trampın Məşhurlar xiyabanındakı ulduzunu qoruyacaq. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az "TMZ"yə istinadən xəbər verir.

“Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi”

24 Noyabr 2016 16:14

Amerikada çıxan “The American Thinker” qəzetində Los-Ancelesdəki Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq direktoru, siyasi icmalçı Ceyson Katsın “Tramp və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi” sərlövhəli məqaləsi dərc olunub.

Avropa Parlamentinin sədri istefa verir - VİDEO

24 Noyabr 2016 16:08

Avropa Parlamentinin sədri Martin Şults tutduğu postdan istefa vermək niyyətindədir. Milli.Az N24-ə istinadən bildirir ki, o, Almaniya bundestaqına 2017-ci ildə keçiriləcək seçkilərə qatılmaq və Almaniya Sosial-Demokrat Partiyasının Şimali Reyn-Vestfaliya federal əyalətindəki seçki siyahısına başçılıq etmək niyyətindədir.

4 yaşlı qızları üçün ilə 19 min dollar verəcəklər

24 Noyabr 2016 16:06

Müğənni Beyons və Cey Zi cütlüyü qızları Blu Ayvi üçün şəhərlərini dəyişirlər. Olaylar.az axşam.az-a istinadən bildirir ki, ailə Nyu-Yorkdan Los-Ancelesə köçür. Buna səbəb isə 4 yaşlı qızlarına yaxşı təhsil vermək istəkləridir. Bu ideyanı onlara aktrisa Qvinet Peltrou verib. O, uşaqların həyatının Los-Ancelesdə daha yaxşı olduğunu bildirib.

Avropa Parlamenti Türkiyədən İMTİNA ETDİ

24 Noyabr 2016 15:46

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.   Olaylar.az APA-ya istinadən xəbər verir ki, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.