Dünya
Türkan Şoray borclarına görə otelə köçdü
Türkiyənin ən məşhur aktrisası Türkan Şoray borcları olduğuna görə villasını satıb. Milli.Az "Cadde"yə istinadla bildirir ki, o, özünə yeni, daha ucuz ev alıb. Lakin ev təmirli olmadığına görə, aktrisa bir neçə günlük oteldə qalacaq.
"Aİ-nin Ankaraya təzyiq cəhdləri mənasızdır"
Avropa İttifaqının Ankaraya təzyiq etmək cəhdləri mənasızdır. APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Avropa Parlamentinin Aİ-yə üzvlüyü ilə bağlı Türkiyə ilə müzakirələrin dondurulmasına dair qərarını şərh edərkən XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
Bu ölkədə azan oxunması qadağan edildi
Macarıstanın cənubundakı Asotthalom şəhərində məscid və minarə inşası, azan oxunması, burka geyinilməsi qadağan edilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Macarıstan Jobbik Partiyasının sədr müavini və Asotthalom şəhərinin bələdiyyə başçısı Laszlo Toroczkain bildirib.
Puşkov: "Avroparlamentin qərarları Ankara ilə Moskvanı yaxınlaşdırır"
Avropa Parlamentinin bir gün fərqlə Rusiya və Türkiyə barədə qəbul etdiyi qərarlar Ankara və Moskvanı bir-birinə yaxınlaşdırır. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
"Ərim qadınların ətək altı görüntülərini çəkir" - VİDEO
Türkiyədə yayımlanan "Hayatta her şey var" proqramında yenə maraqlı anlar yaşanıb. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, verilişə telefonla bağlanan iştirakçılardan biri etirafları ilə hər kəsi təəccübləndirib.
Ermənistan ordusundan tərxis olunmuş şəxsə tibbi yardım göstərilmir
Ermənistanın Armavir vilayətinin Lusaqüxi kəndinin sakini, milliyyətcə yezid olan 22 yaşlı Artur Broyan ordudan tərxis olunub və dövlət sifarişi çərçivəsində "Müqəddəs Maarifçi Qriqori" tibb mərkəzində müalicə alır.
Dünyada ilk dəfə: milyarder bütün kəndi milyonçu etdi - FOTO
“Doppler Smart” adlı “ağıllı” qulaqcıqlar kənar səs-küyü blok edəcək
“Doppler Labs” şirkəti Klivlend Kavalers basketbol komandası, Nyu-York Filarmoniya Orkestri və San-Fransiskoda yerləşən təsviri incəsənət muzeyləri ilə müqavilə imzalayıb. Artıq onların tədbirlərində “Here One” simsiz qulaqcıqlarından istifadə ediləcək. Cari ilin yazında təqdim edilmiş innovativ qulaqcıq kənar səs-küyü təhlil edir ki, bu da onları azaltmağa, musiqi ilə qarışdırmağa və ya istənilən kənar səsləri bloklamağa imkan verir.
“Microsoft”: “Köhnə fərdi kompüterlərdən istifadə sağlamlıq üçün təhlükəlidir”
Yüklənmə üçün çoxlu vaxt tələb edən köhnə sistemlər fərdi kompüter istifadəçiləri üçün başlıca stress mənbələrindən biridir. “Microsoft” korporasiyasının tədqiqatçıları Böyük Britaniya sakinləri arasında sorğu keçirərək bu qənaətə gəliblər.
Hakerlər istifadəçiləri qulaqcıqlar vasitəsilə dinləməyə başlayıblar
Əməliyyat sistemləri, şəbəkələr və ya konkret qurğuların sındırılması barədə xəbərlərin tez-tez yayılmasına baxmayaraq, bu dəfə hakerlər qulaqcıqlara müdaxilə etmək qərarına gəliblər.
Qanaxmanı dayandıran zirehli jilet hazırlanıb
ABŞ Dəniz Piyada Qoşunlarının əsgəri Metyu Lonq yaralı əsgərin qanaxmasını dayandıran qeyri-adi zirehli jilet hazırlayıb. “ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, zirehli və amortizasiya edən qatların, eləcə də yaralanma zamanı qanaxmanı dayandıra bilən qatın olması jiletin fərqli xüsusiyyətidir. Bu, əvvəllər kömək etməyin qeyri-mümkün olduğu əsgərin həyatını xilas etməyə imkan verəcək. Hazırkı zirehli jiletlər müxtəlif mühafizə səviyyəsini təmin edən bir neçə qatla təchiz edilib. ABŞ dəniz piyada əsgərləri sıx kevler ekranların quraşdırıldığı zirehli jiletlərə malikdirlər. Bunun sayəsində 9 mm kalibrli qəlpə və güllələrdən yüksək səviyyədə qorunmaq mümkün olur. Bundan başqa, əsgəri avtomat atəşindən qorumaq üçün iki keramik plastin quraşdırmaq olar.
Mühafizəli smartfon prototipi təqdim edilib
“Tor” anonim şəbəkəsinin mütəxəssisləri “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Mission Improbable” adlı smartfon prototipi təqdim ediblər. Qurğunun əsasını “Copperhead OS” sistemli əvvəlcədən quraşdırılan proqram təminatına malik “Nexus 6P” və “Nexus 5X” smartfonları və şəbəkə trafikini “Tor” vasitəsilə göndərən “OrWall” əlavəsi təşkil edir. Smartfonun proqram təminatı sadə istifadəçilər üçün deyil, internetdə anonimliyini saxlamaq istəyənlər üçün nəzərdə tutulub. Bundan başqa, proqram təminatının quraşdırılması üçün “Linux” sistemini bilmək tələb olunur.
Süni intellekt insanlara naməlum dil yaradıb
“Google Translate” xidmətinin işində müşahidə edilən qəribə xüsusiyyətlərə diqqət yönəltmiş “Google” korporasiyasının əməkdaşları bildiriblər ki, robotlar əsrinə az qalıb.
“Facebook”da şəkil kimi maskalanmış virus yayılır
Təhlükəsizlik üzrə mütəxəssis Bart Bleyz həmkarı Piter Kruz ilə birgə “Facebook” sosial şəbəkəsində nəhəng spam kampaniya aşkar edib. Bleyz öz bloqunda yazıb ki, qurbanın kompüterinə “Locky” şifrələyicisini quraşdıran “Nemucod” yükləyicisi “SVG” şəkil vasitəsilə yayılır.
Kitab və sənədlərin skan edilməsi üçün mobil proqram təqdim edilib
Kitab və sənədlərin mobil qurğunun kamerası vasitəsilə skan edilməsi yenilik olmasa da, bu imkanı təqdim edən əksər əlavələrdən istifadə bəzən narahatlıq yaradır və ya şəkillərin əlavə emalı tələb edilir.














