Dünya

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan hökumətinə qarşı iki qərar qəbul edib

25 Noyabr 2016 13:32

Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 24-də Ermənistan hökumətin qarşı iki qərar qəbul edib. Olaylar.az xəbər verir ki, bu barədə Trend "Azadlıq" radiosunun erməni xidmətinə istinadən məlumat verir.

İki terrorçu məhv edilib

25 Noyabr 2016 13:28

Bu səhər Türk Hüquq Mühafizə orqanları və Jandarma birliklərinin Ərzurumun Qarayazı rayonunda apardıqları əməliyyat nəticəsində terror aksiyası hazırlandığı məlum olub. Aparılan əməliyyat nəticəsində iki terrorçu məhv edilib.  Hadisə yerində çoxlu sayda silah – sursat və ərzaq aşkalrlanıb. Əməliyyat davam edir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Jirinovski Ankarada

25 Noyabr 2016 13:27

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankaraya gəlib. Burada o Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu və Ankara meri Melih Gökçəklə görüşüb. Ankarada Jirinovskinin bir neçə elmi, siyası konfransa və televiziya proqramlarında iştirakı gözlənilir. Qeyd edək ki, bir neçə gün əvvəl Jirinovski Türkiyə və  Rusiya kimi ölkələri Qərbin apardığı təfriqəçilik siyasətinə qarşı birləşməyə dəvət edib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Lavrovun Türkiyə səfəri

25 Noyabr 2016 13:26

Son xəbərlərə  əsasən dekabrın 1 – də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri gözlənilir. Lavrovun Türkiyəni ziyarət edəcəyi hər iki ölkə rəsmiləri tərəfindən  təsdiq edilib. Sergey Lavrovun Alanyaya gələcəyi də alınan xəbərlər sırasındadı. Rusiya xarici işlər nazirinin Türkiyə səfərinin səbəbi və kimlərlə görüşəcəyi isə hələlik məlum deyil. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Dünyanın iki ən gözəl qadını sevgili oldu

25 Noyabr 2016 13:05

Kara Delevin ilə Amber Herd sevgilidir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Deppin keçmiş həyat yoldaşı Amber Heard və Kara Delevin səmimi şəkildə alış-veriş edərkən görüntülənib. Xarici KİV-in yazdığına görə, Kendall Jennerın doğum günündə tanış olan cütlük sevgili olmağa qərar verib.

Hiddətlənmiş miqrantlar düşərgəyə od vurdular AĞIR ŞƏRAİT

25 Noyabr 2016 12:53

Yunanıstanın Lesbos adasındakı düşərgəsində məskunlaşmış miqrantlar qaldıqları düşərgəyə od vuraraq oranı külə çeviriblər. SİA xəbər verir ki, bu barədə yerli polis məlumat verib. Buna səbəb bir qadının yaşadığı çadırda yemək bişirərkən qaz balonunun partlaması nəticəsində ölməsi və uşaqlarının yaralanması olub.

Aslı Enverdən məhəbbət üçbucağı açıqlaması

25 Noyabr 2016 12:32

Məşhur aktrisa Aslı Enver Hadisə və Murad Bozun yaxın dost olması mövzusunda səssizliyini pozub.

Bir gündə 1 milyard dollarlıq hind quşu yeyiləcək

25 Noyabr 2016 12:30

ABŞ-da "Şükran Günü"ndə (Thanksgiving Day) amerikalı ailələrin əsas bayram yeməyi olan hind quşuna ümumilikdə bu il 1 milyard dollardan artıq xərclənəcəyi gözlənilir.

Qızıldan şam ağacı - 1.8 milyon dollara

25 Noyabr 2016 12:26

Dünyada 2017-ci il üçün yeni ilin hazırlığına başlanıb. Artıq dünya ölkələri yeni il ağaclarının təmtərağına görə yarışa başlayıb.

Prezidentin "ölən" qızı ABŞ səfirliyində gizlənir: film kimi ÇEVRİLİŞ PLANI 

25 Noyabr 2016 12:25

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ-ın Daşkənddəki səfirliyində gizlənir. Publika.az xəbər verir ki, bu iddia ilə Amerikanın “BuzzFeed” portalı çıxış edib.

İŞİD-in "qan hakimi" öldürüldü

25 Noyabr 2016 12:23

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqın Nineviya vilayətindəki "Şəriət Məhkəməsi"nin rəhbəri, Fransadan olan "Əbu Yasib əl Firangi" adlı şəxs Mosul yaxınlığında öldürülüb.

Misirdə partlayış

25 Noyabr 2016 12:06

Misirin Sina yarmadasının Ariş bölgəsində olan partlama nəticəsində 3 əsgərin öldüyü, 10 əsgərin isə yaralandığı xəbəri yayılıb.

Süd bulağı

25 Noyabr 2016 12:05

Türkiyənin Balıkesir bölgəsində fəaliyyət göstərən bələdiyyə və Süt birliyi ictimai təşkilatı birgə əməkdaşlığa başlayıblar. Razılaşmaya əsasən Balıkesir mərkəzi parkında yerləşən  bulaqların birində həftə də bir gün insanlar üçün pulsuz süd axacaq.

İLGİNC OLAY: Zəlzələ okean dibini qurutdu - VİDEO

25 Noyabr 2016 12:00

Yeni Zelandiyada noyabrın 13-ü güclü yeraltı təkanlar 24 saatdan artıq müddətdə davam edib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, zəlzələnin episentri Kraystçerç şəhərinin şimal-şərqində olub.

Suriyada daha bir türk hərbçi həlak oldu

25 Noyabr 2016 11:49

Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi həlak olub, 5-i yaralanıb. Olaylar.az xəbər verir ki, bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.