Dünya

Avropada quş qripi

24 Noyabr 2016 15:39

İsveç Səhiyyə Nazirliyi ölkədə quş qripi xəsətliyinin aşkarlandığınıaçıqlayıb. Ölkənin Cənbunda Sakne əyalətindəki heyvanlarda H5N8 virusunun müəyyən edildiyi təsdiqlənib. Bu açıqlamadan bir neçə gün əvvəl  virusun Xorvatiya, Almaniya, Niderland, Avstriya, Macarıstan, Polşa və İsveçdə tapıldığı xəbəri yayılmışdı. Qeyd edək ki, ötən gün İranın   paytaxtı Tehran şəhəri yaxınlığında quş qripinin tapıldığı xəbəri ictimaiyyətə açıqlanmışdı. İsveç höküməti xəsətəliyə qarşı profilaktik tədbirlər başlatdığını bildirilib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Türkiyəyə turist axını

24 Noyabr 2016 15:38

Son iki ayda Rusiya ilə Türkiyə arasında uçuşların bərpa olunması nəticəsində  Türkiyədə turist sayının artması ilə müşahidə olunub. Antaliya və yaxınındaki turisik istirahət bölglərinə tam olaraq 423 min turist gəlib. Sentyabr- noyabr ayları ərzində isə Rusiyadan sadəcə Antaliyaya 2000 təyyarə uçuşu gerçəkləşib. Statistik dildə desək, son üç ayda gələn turist sayısı tam olaraq 22 dəfə artıb. Verilən məlumata görə Rusiyadan Türkiyəyə daha 80 təyyarə uçuşunun açılması gözlənilir. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Baş nazir Sarkisyanın partiyasında: "Qarabağ məsələsi və..."

24 Noyabr 2016 15:17

Ermənistanın baş naziri Karen Karapetyan cümə axşamı hakim Ermənistan Respublika Partiyasının (ERP) sıralarına qoşulmaq üçün ərizə yazıb. Olaylar.az xəbər verir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

Kipr probleminin həllinə olan ümidlər

24 Noyabr 2016 15:09

Və Rum tərəfinin bu ümidləri puça çıxaran davranışı Avropa Birliyi, ümumilikdə beynəlxalq aləmin qeyri-obyektiv yanaşması, ədalətsiz mövqeyinə rəğmən Şimali Kipr Türk Respublikası ciddi cəhdlə ayaqda durmağa, inkişaf etməyə, ən nəhayət dünyanın bir parçasına çevrilməyə çalışır. Kipr probleminin həlli istiqamətində danışıqlar prosesinin davam etməyi və sonucda bir nəticənin əldə edilməsini hədəfləyən Şimali Kipr Türk Respublikası qeyri-rəsmi səviyyələrdə əməkdaşlıq etdiyi beynəlxalq qurumlarla da bu istiqamətdə əməkdaşlıq edir.

Rusiyada 9 ay ərzində 9 min adam ölüb – SƏBƏB

24 Noyabr 2016 14:56

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Rusiyada alkoqoldan zəhərlənmə nəticəsində 9 min 300 nəfər ölüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, ölüm halları keçən illə müqayisədə 23 faiz çoxdur.

Türkiyənın tanınmış müğənnisi Sibel Can məhkəməyə verilib

24 Noyabr 2016 14:53

Türkiyənın tanınmış müğənnisi Sibel Can məhkəməyə verilib. "Report" Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, müğənni Alihan (Ali Kızıltepe) "Bir kış masalı" ("Bir qış nağılı") mahnısına görə bu addımı atıb. 

Sərdar Ortaçdan bəd xəbər: Vəziyyəti ağırdır

24 Noyabr 2016 14:42

İki ildir müalicə alan Sərdar Ortaçın vəziyyəti hər gün daha da ağırlaşır. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "MS" (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu qoyulan müğənninin səhhəti yaxşı deyil. Hava limanında görüntülənən ulduzun güclə gəzdiyi diqqətdən qaçmayıb. Ayaqda güclə dayanan Sərdar dostu Uğur Kirikin qoluna girərək gəzib. Lakin o, kameraları görən kimi dostunun qolunu buraxıb tək başına gəzməyə başlayıb.

Myanmanın Yanqon şəhərində bir neçə bomba partladılıb

24 Noyabr 2016 14:40

Bu gün Myanmanın iri şəhərlərindən biri olan Yanqonda bir neçə bomba partladılıb.  "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyinin məlumatında deyilir.

Telefonuna cavab verməyən arvadını öldürdü

24 Noyabr 2016 14:38

Türkiyədə cinayət hadisəsi qeydə alınıb. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Eskişehirdəki otellərin birində işləyən 53 yaşlı İsmet A. həyat yoldaşını bıçaqlayıb. Ürəyindən bıçaq zərbəsi alan 49 yaşlı Selime həyatını itirib.

Ərdoğan: "Qərbin səmimiyyətinə inanmaq mümkündürmü?"

24 Noyabr 2016 14:31

"Avropa İttifaqında PKK-nı terror təşkilatı elan edənlər indi Avropa meydanlarında onların nümayiş keçirməsinə icazə verirlər".

Model çəkilişdə pərt oldu - VİDEO - FOTO

24 Noyabr 2016 14:27

Avstraliyanın gənc və populyar modellərindən biri, Dabbo şəhərindən olan Keytlen Dodd növbəti reklam çəkilişində qlamur poza almışdı.

Ajda dünyanın 100 güclü qadını siyahısında

24 Noyabr 2016 14:22

Türkiyəli məşhur müğənni dünyanın ən güclü 100 qadını sırasına daxil ola bilib. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu il 25-ci "The Hollywood reporter women in entertaintment power:100" baş tutacaq.

İbrahimin oğlu atasının toyundan danışdı: "Evlənəcəm deyibsə..." 

24 Noyabr 2016 14:20

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin evlənməsi barədə xəbərlər yayılmışdı. Milli.Az bildirir ki, bu barədə məlumatı müğənninin yaxın dostu tədbirlərin birində demişdi. Onun Damla Buket Çakıcı ilə evlənəciyi deyilir.

Anasının yanında söyülən gəlin ərini öldürdü

24 Noyabr 2016 14:06

Türkiyədə cinayət hadisəsi qeydə alınıb. Milli.Az DHA-ya istinadla bildirir ki, Bursada 26 yaşlı E.Ç. ərini bıçaqlayaraq öldürüb.

Obamanı söyən prezident Putinlə görüşə gedir

24 Noyabr 2016 13:51

Filippin prezidenti Rodriqo Duterte Rusiyaya səfər edəcək. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dutertenin özü söyləyib. O, səfərin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə reallaşacağını bildirib.