Dünya

14 milyon insan bu virusun daşıyıcısı olmasından xəbərsizdir

1 Dekabr 2016 12:06

Dünyada İİV infeksiyasının daşıyıcısı olan insanların təxminən 40 faizi, yəni 14 milyon nəfər bu virusun daşıyıcısı olduğundan xəbərsizdir. Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib. 

Türkiyənin məşhur şirkətinin təmsilçisi FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

1 Dekabr 2016 12:03

Türkiyənin tanınmış “Doğan Holding” şirkətlər qrupunun Ankara üzrə məsul əməkdaşı Barbaros Muratoğlu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Moskvada yeni məscid tikiləcək

1 Dekabr 2016 12:02

Rusiyada Yeni Moskva ərazisində məscidi olacaq Mədəni-maarif Mərkəzinin inşası planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Moskva müftisi Albir Krqanov bildirib.

Atambayev: “Rusiya hərbi bazası Qırğızıstandan çıxarılmalıdır”

1 Dekabr 2016 11:58

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya hərbi bazasının ölkə ərazisindən çıxmalı olduğunu bəyan edib.

Həkimi öldürən polis intihar etdi

1 Dekabr 2016 11:55

Polis əməkdaşı Sverdlovsk vilayətinin Rej şəhər xəstəxanasının həkimini güllələdikdən sonra intihar edib.  Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Regional İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıya istinadən TASS məlumat yayıb.  

Rusiyada qaz partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

1 Dekabr 2016 11:52

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb. APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.

Misir məhkəməsi 296 nəfər Mursi tərəfdarına həbs cəzası verib

1 Dekabr 2016 11:50

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

Ukrayna Krım yaxınlığında raket təlimlərinə başlayıb

1 Dekabr 2016 11:46

Ukraynanın cənubunda raket təlimləri başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Hərbi-Hava Qüvvələrinin “Cənub” hava komandanlığının mətbuat mərkəzinin rəhbəri Vladimir Krıjanovski bəyan edib.

"Fərat qalxanı"nda 100 gün: 18 türk hərbçi ölüb

1 Dekabr 2016 11:43

Noyabrın 30-da Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində "Azad Suriya Ordusu" ilə birgə həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının 100-cü günü tamam olub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində əməliyyat zamanı 18 türk hərbçi şəhid olub, 2 hərbçi itkin düşüb. Onların əsir götürülərək Rakka şəhərinə aparıldığı bildirilir.

Türkiyəli nazir BTQ-nin istismara veriləcəyi tarixi açıqlayıb

1 Dekabr 2016 11:42

"Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun birinci xəttinin 2017-ci ilin əvvəlində istismara veriləcəyini gözləyir". Olaylar.az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

ABŞ-da meşə yanğınları: 7 ölü

1 Dekabr 2016 11:39

ABŞ-ın Tennessi ştatında meşə yanğınları nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb Olaylar.az APA-ya istinadən xəbər verir ki, ştatın Sevyer dairəsində yanğın 700, Sevi dairəsində - 400, Qatlinburq şəhəri ətrafında isə 300 binanı tamamilə məhv edib.

Halit Ergenç Tubayla çəkildiyi filmdə açıq-saçıq səhnədən İMTİNA ETDİ

1 Dekabr 2016 11:29

Halit Ergenç Tuba Büyüküstün ilə birlikdə rol aldığı "İstanbul Kırmızı" filmiylə tamaşaçıların önünə çıxmağa hazırlaşır. Milli.Az xəbər verir ki, Ergençin filmdə tamamilə çılpaq qalacağı bir səhnəni oynamaq istəmədiyi və onu həmin kadrlarda dublyorun əvəzlədiyi iddia edilir.

Yunanıstanda özəlləşdirmə dayandırılıb

1 Dekabr 2016 11:25

Yunanıstan hökuməti Dövlət Əmlakının İdarə edilməsi üzrə Fondu (HRADF) ləğv edib. Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu Yunanıstanın maliyyə nazirinin birinci müavini Nadya Valavani bildirib.

Hakerlər bankdan 100 milyon oğurladılar

1 Dekabr 2016 11:22

Rusiya banklarından biri kiberhücum nəticəsində 100 milyon rubl vəsait itirib. Olaylar.az lent.az-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı olan "Bank Rossii" hücum faktını qeydə aldıqlarını təsdiqləyib. Söhbətin hansı bankdan getdiyi açıqlanmayıb. Mərkəzi banka yaxın mənbə regional banklardan birinin filialının hücuma məruz qaldığını və filialdakı bütün vəsaitin oğurlandığını bildirib.

Amerikanın məsum gözəli ana olacaq

30 Noyabr 2016 20:30

Amerikalı aktrisa Amanda Seyfrid ilə Tomas Sadoski valideyn olmağa hazırlaşır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı məsum üzlü aktrisa ana olacaq.