Dünya
Bakıda yəhudi əsilli şəxs intihara cəhd edib
Bakıda 39 yaşlı kişi özünü yaşadığı binadan yerə ataraq intihara cəhd edib.
Tramp ABŞ-ın milli təhlükəsizlik naziri vəzifəsinə namizədini açıqlayıb
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin milli təhlükəsizlik naziri vəzifəsinə namizədinin adını açıqlayıb.
Ərdoğan partlayışın baş verdiyi ərazidə - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 44 polisin şəhid olduğu terror hadisəsinin baş verdiyi Beşiktaşdakı partlayış yerinə yollanıb.
Terrordan sonra PKK əməliyyatı: 235 nəfər tutuldu
Türkiyənin Daxili İşlər Nazirliyi 11 şəhərdə terror təşkilatının fəaliyyətlərində rolu olan və sosial şəbəkələr vasitəsilə terror təşkilatı təbliğatı apardığı təsbit edilən ümumilikdə 235 nəfəri saxlayıb. Manisada keçirilən əməliyyatda "HDP" vilayət rəhbəri Əhməd Ertaş, HDP rayon rəhbəri Əbdülqadir Murgunda həbs ediliblər.
Biznesmenin iyrənc əməli - Öz ailəsini pulla satırmış...
Moskva polisi tükürpədici cinayətin üstünü açıqlayıb. İflasa uğrayan biznesmenin 10 il ərzində öz ailəsini cinsi istismara məruz qoyduğu ortaya çıxıb.
İstanbul terroru: Türkiyəni çökdürmək istəyənlərin dərin iş birliyi - ŞƏRH
Türkiyənin İstanbul şəhərində yenə terror törədilib. Dekabrın 10-da şəhərin Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub,155 nəfər yaralanıb. Şəhid olanlardan 36-sı polis əməkdaşıdır. Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.
"Taliban" hərəkatının səhra komandiri vuruldu
"Taliban" hərəkatının səhra komandiri Molla Naim Kur Əfqanıstanın şərqində Parvan əyalətində məhv edilib.
Putinin Suriya kampaniyasına ciddi zərbə: Hələbə baş qarışdı, Palmira əldən getdi
Ötən bazar günü Suriya ordusunun qədim Palmira şəhərindən çəkildiyi rəsmən təsdiqlənib. Xəbərlərə görə Palmira üzərinə İŞİD 4 minlik qüvvə ilə dekabrın 10-da hücuma keçib. Əvvəlcə Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusu hücumu dəf edə bilib, lakin növbəti həmlə qarşısında davam gətirə bilməyib və bu ilin martında İŞİD-dən azad edilmiş şəhəri yenidən barbar terror qruplaşmasına təhvil verərək geri çəkilib.
“Dəmir Günbəz” Sərkisyanın və Kim Çen Inın raketlərinə qarşı
İsrail Şimali Koreyanın ballistik raketlərindən qorunmaq üçün Cənubi Koreyaya “Dəmir Günbəz” raketdən müdafiə batareyaları təklif edir. Virtualaz.org xəbər verir ki, bu barədə İsrailin Seuldakı səfiri Xaim Xoşen ötən həftə Cənubi Koreyanın Müdafiə Araşdırmaları İnstitutunda keçirilən konfransda bildirib.
Kreml İŞİD-in Palmiranı ələ keçirməsinə münasibət bildirib
“Palmira ətrafında baş verənlər bir daha İŞİD terrorçu təşkilatından qaynaqlanan təhlükənin ciddiliyini göstərir”.
Ehtiyatlı olun! Yeni virus növü tapılıb
Yeni növ virusun yayılmasını MalwareHunterTeam komandası aşkar edib. "Popcorn Time" adlı şifrələyici virus istifadəçinin kompüterinə daxil olandan sonra şifrələnmiş faylların geri qaytarılması üçün istifadəçidən həmin virusu digər insanlara göndərməyi tələb edir. Mütəxəssislər yeni növ virusun təkmilləşdirilməmiş cavan versiyası ilə qarşılaşıblar. Lakin onların sözlərinə əsasən, bu virus gələcəkdə çox təhlükəli ola bilər. Cihaz sözügedən virus ilə yoluxandan sonra bütün fayllar şifrələnir və onlara ənənəvi üsul ilə daxil olmaq mümkün olmur. Faylların bərpası üçün xüsusi açar şifrəsi lazımdır. Virusun yaradıcıları istifadəçilərə, faylların geri qaytarılması üçün iki üsul təklif edir. Ya istifadəçi virus yaradıcılarına 1 bitcoin ödəməlidir (hal-hazırkı məzənnə ilə 1 bitcoin 768$ edir), ya da virusu digər insanlara göndərməlidir.
Ukrayna DİN rəhbərinin ölkədən qaçması xəbəri yayılıb
Ukraynanın Daxili işlər naziri Arsen Avakov istefa verib və ölkəni tərk verib. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Oleq Çarev öz feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir Radikal partiyasının lideri Oleq Lyaşkonun ad günü məclisindən sonra Ukraynaya və Kanadaya ezamiyyətə getsə də, geri qayıtmayıb. Siyasətçi onu da bildirib ki, Avakovun istefa istəyi daha əvvəl bir neçə dəfə nəticəsiz qalıb.
Ana dörd azyaşlı qızını qətlə yetirdi
Çinin Quandun əyalətində ana dörd azyaşlı qızını qətlə yetirib. Buna qadının oğlan övladı istəməsi səbəb olub. Məlumatlara görə, noyabr ayında qadının beşinci qız övladı dünyaya gəlib. Depressiyaya düşdüyü deyilən qadın bıçaqla qızlarına hücum edib. Polisin məlumatına görə, ana beş qızını ağır yaralayıb. Onlardan dördü xəstəxanaya aparılarkən həyatını itirib.
"İlahiyyatçı"dan şəhidlərin ruhunu incidən paylaşım
"Kediciklərim" deyə müraciət etdiyi qızları ətrafına yığaraq "dini" veriliş aparan "ilahiyyatçı" Adnan Oktar Türkiyədə baş verən terraktla bağlı paylaşım edib.
Alimlərdən şok açıqlama: 30 il sonra ölülər diriləcək
ABŞ alimləri bildiriblər ki, cəmi otuz ildən sonra bəşəriyyətə ölümsüzlük bəxş edə bilərlər. Publika.az xəbər verir ki, əbədi həyat yalnız çox zəngin insanlar üçün əlçatan olacaq. Tədqiqatçılar köhnə fiziki qabığın "yeniləməsini" təklif ediblər. Alimlər insan şəxsiyyətini saxlayaraq onu bionik bədənə köçürülməsi imkanı üzərində çalışırlar.














