Dünya

Bu ilin ən populyar smartfonları məlum olub

12 Dekabr 2016 19:45

“Counterpoint Market Technology” şirkəti tədqiqat apararaq “iPhone 7” smartfonunun 2016-cı ildə ən çox satılan model olmasını açıqlayıb.

İsraildə günəş batareyası ilə işləyən dronun sınağı keçirilib

12 Dekabr 2016 19:38

İsrailin “Advanced Programs Group” (APG) şirkətinin günəş enerjisi ilə işləyən “SunSpark” (“Günəş qığılcımı”) pilotsuz uçan aparatının ilk sınaq uçuşu keçirilib.

Kanadada bükülən “3D” smartfon yaradılıb

12 Dekabr 2016 19:32

Kanadalı istehsalçılar bükülən “3D” smartfon prototipini yaratmağa müvəffəq olublar ki, bu da virtual reallığı ovucun içində hiss etməyə imkan verir.

Sistem fayllarına müdaxilə edən virus aşkar edilib

12 Dekabr 2016 19:28

“Android.Loki.16.origin” virusu “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfon və ya planşetlərdə sistem kitabxanalarına giriş əldə etməyə cəhd göstərir. "Doktor Veb" şirkətinin araşdırmasına görə, bundan sonra sistemi yenidən quraşdırmadan troyanı silmək qeyri-mümkündür.

Fərdi kompüter mobil qurğuya çevriləcək

12 Dekabr 2016 19:22

“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin noutbuklarda “Qualcomm” şirkətinin istehsalı olan prosessorlarla işləyəcək versiyasını yaratmaqla məşğuldur.

Yadplanetlilərin külə dönmüş kostyumları tapıldı

12 Dekabr 2016 19:18

Bu günlərdə Meksikada meteoridin partlayış yerində kosmik kostyumun hissələri tapılıb. Kömürə dönən hissələr yadplanetlinin qalıqlarını xatırladır.

Marsda yarım milyon insanın yaşadığı şəhər tapıldı 

12 Dekabr 2016 19:09

Alimlər bir daha, Marsda vaxtilə sivilizasiya olduğunu bəyan ediblər və sübut kimi NASA-nın əldə etdiyi şəkillərdən təşkil olunmuş "Google Mars" servisindəki təsvirləri göstəriblər.

Moskvada 15 milyon dollara park tikiləcək

12 Dekabr 2016 19:04

2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq. Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "DreamPlay" adlanacaq parkın tikintisinə 15 milyon dollar investisiya qoyulacaq.

Rusiyada dolların məzənnəsi illik minimuma düşüb

12 Dekabr 2016 18:09

Rusiyada ABŞ dollarının birja məzənnəsi düşməkdə davam edir və bu gün səhər 60,95 RUB/USD səviyyəsinə enərək illik minimumu yeniləyib.

"Möhtəşəm yüz il"ə etirazlar: "Boşanmalar ona görə artır"

12 Dekabr 2016 17:55

"Möhtəşəm yüz il" serialı "Sultan Süleyman" adı ilə Banqladeşdə də nümayiş olunur. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ölkənin yerli layihələrini geridə qoyan serial etirazlara səbəb olub. Banladeşli sənətçilər eyni zamanda serialın ölkədə boşanmaların sayının artmasına səbəb olduğunu əsas gətirərəkn "Sultan Süleyman"ın qadağan olunmasını istəyiblər.

Tarkan: "Nə zaman bitəcək bu ölümlər?"

12 Dekabr 2016 17:53

Müğənni Tarkan Beşiktaşda 44 nəfərin dünyasını dəyişməsi ilə nəticələnən terror hadisəsini pisləyib.

2 gündən sonra FED bazarlara "dejavu" yaşadacaq

12 Dekabr 2016 17:51

Dekabrın 14-də Açıq Bazar üzrə Federal Komitəsinin (FOMC) toplantısı keçiriləcək. Hər hansı surpriz dəyişiklik olmazsa, son 11 ilin ikinci faiz artımı reallaşacaq.

İti xilas edən yanğınsöndürən qəhrəmana çevrildi - VİDEO

12 Dekabr 2016 17:45

Rumıniyada yanğın zamanı iti xilas edən yanğınsöndürən bir anda qəhrəmana çevrilib. Piteşti şəhərində yanğın zamanı it tüstüdən boğulub. İti evdən çıxaran yanğınsöndürən ona ürək masajı etməklə və süni nəfəs verməklə iti həyata qaytarıb.

İran ordusu yeni silahını sınaqdan keçirib

12 Dekabr 2016 17:41

Dekabrın 11-dən İran ordusu hərbi təlimlərə başlayıb. Təlimlər zamanı orduya təqdim edilən "Tufan" raketi sınaqdan keçirilib. İran ordusunun briqada generalı Seyid Kamal Peyəmbərinin mətbuata verdiyi açıqlamada bildirilir ki, yeni silah İranın hərbi sənayesinin məhsuludur. Onun sözlərinə görə, yeni raket hədəfi izləməsi ilə fərqlənir. Ordunun quru qoşunlarının istifadəsinə verilən bu silahla zirehli maşınları, hərbi təyyarə və vertolyotları vurmaq olar. AZƏRTAC

Əvvəl ailəsini dağıtdı, indi də qrupu

12 Dekabr 2016 17:32

Türkiyənin məşhur rok qrupu "Duman" dağılır. Buna səbəb kimi qrupun solisti Kaan Tangözenin sevgilisi, aktrisa Kıvılcım Ural göstərilir. Belə ki, Kıvılcım qrupun daxili işlərinə qarışmağa başlayıb. Bu səbəbdən də qrupun üzvlərindən olan Cengiz Baysal etiraz edərək qrupdan ayrılıb.