Moskvada 15 milyon dollara park tikiləcək
2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq. Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "DreamPlay" adlanacaq parkın tikintisinə 15 milyon dollar investisiya qoyulacaq.
12 Dekabr 2016 19:04 Dünya2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq. Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "DreamPlay" adlanacaq parkın tikintisinə 15 milyon dollar investisiya qoyulacaq.
Əyləncə kompleksinin tikintisinin 2017-ci ildə başlaması planlaşdırılır.
Parkın ümumi ərazisi 6 000 kvadrat metr təşkil edəcək. Bu parkda "DreamWorks" kinostudiyasının çəkdiyi film qəhrəmanları - Kunq-fu panda, Şrek və "Madaqaskar" filminin qəhrəmanlarının yer aldığı attraksionlar fəaliyyət göstərəcək.
Hazırda "DreamPlay" parkı yalnız Filippinin paytaxtı Manilada mövcuddur. Rusiya bu parkın tikiləcəyi ikinci ölkə olacaq.