İran ordusu yeni silahını sınaqdan keçirib
Dekabrın 11-dən İran ordusu hərbi təlimlərə başlayıb. Təlimlər zamanı orduya təqdim edilən "Tufan" raketi sınaqdan keçirilib. İran ordusunun briqada generalı Seyid Kamal Peyəmbərinin mətbuata verdiyi açıqlamada bildirilir ki, yeni silah İranın hərbi sənayesinin məhsuludur. Onun sözlərinə görə, yeni raket hədəfi izləməsi ilə fərqlənir. Ordunun quru qoşunlarının istifadəsinə verilən bu silahla zirehli maşınları, hərbi təyyarə və vertolyotları vurmaq olar. AZƏRTAC
12 Dekabr 2016 17:41 DünyaDekabrın 11-dən İran ordusu hərbi təlimlərə başlayıb. Təlimlər zamanı orduya təqdim edilən "Tufan" raketi sınaqdan keçirilib. İran ordusunun briqada generalı Seyid Kamal Peyəmbərinin mətbuata verdiyi açıqlamada bildirilir ki, yeni silah İranın hərbi sənayesinin məhsuludur. Onun sözlərinə görə, yeni raket hədəfi izləməsi ilə fərqlənir. Ordunun quru qoşunlarının istifadəsinə verilən bu silahla zirehli maşınları, hərbi təyyarə və vertolyotları vurmaq olar. AZƏRTAC