Bakıda yəhudi əsilli şəxs intihara cəhd edib

Bakıda 39 yaşlı kişi özünü yaşadığı binadan yerə ataraq intihara cəhd edib.

Bakıda 39 yaşlı kişi özünü yaşadığı binadan yerə ataraq intihara cəhd edib. Hadisə Xətai rayonu 823-cü keçid ev 4-də qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Salmanov Salman İqromadinoviç yaşadığı binanın 3-cü mərtbəsindəki eyvandan özünü öldürmək məqsədi ilə yerə atıb. S.Salmanov bina sakinlərinin köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, S.Salmanov miliyyətcə yəhudidir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31