Dünya

Vladimir Putin: “Yaponiya ilə sülh müqaviləsi imzalamağımız mümkündür”

16 Dekabr 2016 12:02

"Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdə iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyü və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdik”.

SON DƏQİQƏ - Putin: "Ərdoğanla razılığa gəldik"

16 Dekabr 2016 12:00

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyaya dair sülh danışıqlarının Qazaxıstanın paytaxtı Astanada davam etdirilməsi haqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını açıqlayıb.

Sarkisyanı devirəcək yeni güc mərkəzi yaranır

16 Dekabr 2016 11:46

Ermənistanın “Jamanak” qəzeti siyasi dairələrdə narahatlıq doğuracaq bir xəbər yayıb. Məlumata görə, qəzet keçmiş nazirlər – Vardan Oskanyan və Seyran Ohanyanın keçmiş baş nazir Ovik Abramyanın istefa verməsindən bir az əvvəl xarici ölkələrin birində görüşüb Ermənistandakı siyası durumu müzakirə etmələrinə diqqəti çəkib.

Qalmaqallı reklam yayımdan çıxarıldı - VİDEO

16 Dekabr 2016 11:44

Türkiyədə bir oyuncaq firmasının sosial şəbəkələrdə yayılan reklam çarxının yayımına qadağa qoyulub.

Bir cinayət 7 həyatı söndürdü

16 Dekabr 2016 11:16

Türkiyədə bir cinayət 7 nəfərin həyatının məhvinə səbəb olub. Rıdvan 2 uşaq anası Fatmanı vəhşicəsinə öldürüb. Ana öldükdən sonra oğlu oğurluq edib, həbsxanaya girib, qızı uşaq yaşda evlənib. Ata qızının ölümündən sonra özünü günahlandıraraq infakrt keçirib. Nəvələri ilə ortada qalan nənə şəkər xəstəsi olub. 

Türkiyədə daha bir jurnalist FETÖ-çu çıxdı

16 Dekabr 2016 11:15

Türkiyə polisi və terrorla mübarizə təşkilatının birgə keçirdiyi əməliyyat zamanı daha bir KİV əməkdaşı həbs edilib.

Ərdoğan hədələdi: "Avropa Birliyi sözünün üstündə durmasa..."

16 Dekabr 2016 11:13

Avropa Birliyi Türkiyəyə verdiyi sözün üstündə durmasa, B və C planımız olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sloveniyalı həmkarı Borut Pahorla keçirdiyi mətbuat konfransında söyləyib.

ABŞ Suriya üçün daha 6 mlrd. dollar ayırıb

16 Dekabr 2016 11:00

ABŞ Suriyada zərərçəkmişlərə humanitar yardım üçün daha 6 milyard dollar ayırıb. Məlumata görə, bunu ABŞ-ın döüvlət katibi Con Kerri deyib. "Biz regionda zərərçəkmiş insanların ərzaq, dərman, su və digər resurslar əldə etməsi üçün daha 6 milyard dollar ayırdıq", - Kerri deyib. 

Fransada fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

16 Dekabr 2016 10:58

Fransa parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətininin daha 7 ay uzadılması barədə qanun layihəsini təsdiq edib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejimi 15 iyul 2017-ci il tarixinədək uzadılıb.

Rusiya və İran səfirləri XİN-ə çağırıldılar

16 Dekabr 2016 10:51

Rusiya və İran səfirləri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıblar. Bu barədə Britaniya XİN rəhbəri Boris Conson öz "Twitter" səhifəsində yazıb.  Onun sözlərinə görə, səfirləri nazirliyə çağırmaqda məqsəd Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə etmək olub. 

"Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib"

16 Dekabr 2016 10:41

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya noyabrın 8-də keçirilən prezident seçkilərinə müdaxilə edib. ABŞ prezidenti seçkilərə "müdaxilə"yə görə Rusiyaya cavab veriləcəyini bəyan edib.