Ukrayna və Gürcüstan vətəndaşları üçün vizasız rejim təsdiq edildi
15 Dekabr 2016 17:32 DünyaAvropa Parlamenti Avropa İttifaqının (Aİ) üzv ölkələri tərəfindən Ukrayna və Gürcüstan vətəndaşlarına vizasız rejimin təqdim edilməsi üzrə qanunvericilik prosesinin başa çatmasını təsdiq edib.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, parlamentarilərin əksəriyyəti qərarın lehinə səs verib.
Bundan əvvəl Avropa Komissiyasındakı mənbə bildirmişdi ki, Aİ Ukrayna və Gürcüstan vətəndaşlarına vizasız rejimi 2017-ci ilin yazından təqdim edə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31