Türkiyədə daha bir kanal bağlandı – İŞİD-ə dəstək verirmiş
16 Dekabr 2016 07:06 DünyaTürkiyə Radio və Televiziya Qurumu canlı yayımda terror təşkilatı İŞİD haqqında dəstəkverici ifadələr işlədildiyi üçün, Adnan Oktarın A9 TV telekanalına sanksiya tətbiq edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Radio və Televiziya Qurumunun yaydığı açıqlamada Adnan Oktarın A9TV kanalında yayımlanan bir proqramında İŞİD-i açıq şəkildə dəstəklədiyi bildirilir.
"İŞİD-i müdafiə edən yayıma və qanunun "Terror təşkilatı güclü və haqlı göstərilə bilməz" müddəasına görə, A9 TV kanalına sanksiya tətbiq edilmişdir" deyə Türkiyə Radio və Televiziya Qurumunun yaydığı açıqlamada qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00