Dünya

Tramp: "İranla bağlı heç nə masa üzərindən götürülməyib"

3 Fevral 2017 11:31

ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib.

Türkiyədə 20 PKK terrorçusu həbs edildi

3 Fevral 2017 11:25

Türkiyənin Adana vilayəti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı PKK-ya üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. Saxlanılan şəxslər sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar. 

İran Ermənistanla birgə PUA istehsal edəcək

3 Fevral 2017 11:24

İranla Ermənistan birgə pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırırlar. Bu barədə müzakirələr Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşü zamanı baş tutub.

“5G” sənayedə yeni sahələr yaradacaq

2 Fevral 2017 20:15

“Qualcomm Technologies” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) dünya iqtisadiyyatına və sosial sahəyə təsirini əks etdirən “5G Economy” tədqiqatının nəticələrini dərc edib. Bu, “IHS Market”, “PSB” şirkətlərinin və Kaliforniya “Tusher Center” biznes məktəbinin professoru və “Berkeley Research Group” şirkətinin baş icraçı direktoru Devid Tisin birgə hesabatıdır.

Toya getmədi, 25 minlik hədiyyə aldı

2 Fevral 2017 20:02

Müğənni Demet Akalın rəfiqəsi və həmkarı İşın Karacanın toyuna gedə bilmədiyi üçün ona hədiyyə alıb. O, toy hədiyyəsi olaraq İşına 25 min lirəlik (təxminən 12 min manat) üzük alıb.

Boşanma ərəfəsində olan Tuba Büyüküstündən yeni paylaşım

2 Fevral 2017 19:55

İki gündür boşanma xəbərləri ilə gündəmdə olan Tuba Büyüküstün hələ ki bu barədə açıqlama vermir. İnstaqramın aktiv istifadəçisi olan aktrisa fanatlarının çəkdiyi rəsmləri kollaj edərək paylaşıb.  Həm qısa, həm də uzun saç halı ilə göz qamaşdıran Tuba hər iki modelin ona yaraşdığını nümayiş etdirib. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məşhur cütlük nişanlandı

2 Fevral 2017 19:49

"X-Men: Apocalypse" (X-Men: Qiyamət) filminin aktrisası Olivia Mann "Green Bay Packers" amerikan futbolu klubunun oyunçusu Aaron Rodgerslə nişanlanıb.

"Hər şeyi aldığım kimi oğlumu da əlindən alacağam"

2 Fevral 2017 19:43

Futbolçu Caner Erkin ilə keçmiş həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hələ də davam edir.

Beyons hamilədir - əkiz uşaqları olacaq

2 Fevral 2017 19:38

Müğənni Beyons hamilədir. O, əkiz uşaq anası olacaq. Bu barədə müğənni sosial mediada paylaşım edib.  Bu, rep ifaçısı Cey Zi ilə ailəli olan 35 yaşlı Beyonsun ikinci hamiləliyidir. Cütlüyün 5 yaşlı Blu Ayvi adında qızları var.

Rihanna məşhur serialda - video

2 Fevral 2017 19:33

"Beyts Moteli" ("Bates Motel") serialının 5-ci mövsümünün treyleri yayılıb. Yeni seriyalarda müğənni Rihanna da iştirak edir. O, Merion Kreyn obrazını canlandırır.  "Bates Motel"in sonuncu mövsümünün ilk seriyası fevralın 20-də yayımlanacaq.

Videooyun vasitəsilə beyinə müdaxilə mümkündür

2 Fevral 2017 19:28

Yaxın gələcəkdə insan beyni elan verənlər, xüsusi xidmət orqanları, hakerlər və ya istənilən digər maraqlı tərəflər üçün zəngin informasiya mənbəyi ola bilər. Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçısı Tamara Bonaçi tərəfindən “Enigma” konfransında keçirilmiş sınaq bu fikri təsdiq edib.

Süni intellekt işdən yayınan əməkdaşları müəyyənləşdirəcək

2 Fevral 2017 19:22

Böyük Britaniyanın “StatusToday” şirkəti əməkdaşların hərəkətlərini izləyərək adi davranış qaydalarından yayınmalara diqqət yetirən korporativ təhlükəsizlik monitorinq sistemi hazırlayıb.

Gizem dünyanın ən məşhur serialına çəkiləcək?

2 Fevral 2017 19:08

Aktrisa Gizem Karaca "BeStyle" dərgisinə müsahibə verib. "İçimdeki Fırtına" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa dünyaca məşhur olan "Game Of Thrones" ("Taxt oyunları") serialının seçimlərinə qatılacağını bildirib: "Nyu-York Film Akademiyası"nda oxuduğum zamanlar müəllimlərimdən öyrəndiklərim və onların mənim haqqımda dedikləri müsbət fikirlər aktrisalıq planlarımı formalaşdırdı. Artıq xarici bir serialda və ya filmdə yer almaq istəyirəm. Amerikada keçirdiyim uşaqlıq illərimdə ingilis dilini yüksək səviyyədə öyrənməyim karyeram üçün çox yararlı olub. "Game Of Thrones"da iştirak etmək ən böyük arzumdu və bunun üçün seçimlərə qatılacağam".

Qalmaqallı evlilik bitdi - Rəsmən boşandılar

2 Fevral 2017 19:03

Müğənni Tuğba Özerk 5 ay öncə ailə qurduğu meneceri Altan Nuhdan rəsmən boşanıb. Bir ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən cütlüyün evliliyi bu gün rəsmən bitib.

“Viber” messencerində gizli mesajlar funksiyası istifadəyə verilib

2 Fevral 2017 19:00

"Viber” messencerinin  tərtibatçıları həm “Android”, həm də “iOS” mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. “Viber 6.6.0” versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib.