Dünya

“Apple” smartfon bazarında birinci yeri tutub

2 Fevral 2017 18:57

"Strategy Analytics" analitik şirkətinin hesabatına görə, "Apple" şirkəti 2016-cı ilin son 3 ayı ərzində "Samsung" şirkəti ilə müqayisədə bazara daha çox smartfon tədarük edib.

Populyar printerlər məlumatlar üçün təhlükə törədir

2 Fevral 2017 18:53

Gündəlik həyata daxil olan printerlərin kibertəhlükəsizlik üçün yaratdıqları təhdidləri lazımınca qiymətləndirmək lazımdır. Almaniyanın informasiya təhlükəsizliyi üzrə üç eksperti - Yens Müller, Vladislav Mladenov və Yuray Somorovski bu qənaətdədir.  

Telekanallara məhdudiyyət - Terror hadisələri ilə bağlı

2 Fevral 2017 18:26

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) yerli KİV-lərin terror hadisələri ilə bağlı məlumat verməsini məhdudlaşdıran yeni tədbirlər qəbul edib.

Dünyanın ən romantik şəhərləri - Siyahıda Bakıda da var

2 Fevral 2017 18:15

Dünyanın ən romantik şəhərlərinin siyahısı açıqlanıb. Müqəddəs Valentin gününü bayram etməyə əleverişli olan şəhərlər arasında birinci yerdə Parisdir.

"Yeni administrasiya Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcək"

2 Fevral 2017 18:10

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Vaşinqtondakı yeni administrasiya Krımın Ukraynadan ayrılmasını və Rusiyanın tərkibinə birləşdirilməsini qəbul etməyəcək.

Ölkə 2 yaşlı körpənin bu hərəkətindən danışır - VİDEO

2 Fevral 2017 17:52

ABŞ-da 2 yaşlı körpənin gecə yarısı etdikləri onu sosial şəbəkə fenomeni edib. Nyu-Cersidə yaşayan bir ailənin Brandon adlı körpəsinin yatan zaman atasının dəstəklədiyi buz üstü hokkey komandası "New York Rangers"ın "Let' s go Rangers" (İrəli Rangers) şüarını səsləndirdiyi görüntülənib.

Fətullah Gülənin bacısı oğlu həbsxanaya göndərildi FETÖ İŞİ

2 Fevral 2017 17:25

Türkiyənin Manisa vilayətinin məhkəməsi FETÖ terrorçu şəbəkəsinin lideri Fətullah Gülənin yaxın qohumunun həbsinə sanksiya verib. Terrorçuluqda ittiham edilən Gülənin bacısı oğudur.

Ukraynanın “Result” İctimai Fəaliyyət Mərkəzinin nümayəndəsi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

2 Fevral 2017 17:16

Ukraynanın “Result” İctimai Fəaliyyət Mərkəzinin nümayəndəsi Tatiana Kaluqrianu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Türkiyə öz sərhədlərini dirijabllarla qoruyacaq

2 Fevral 2017 17:15

Türkiyə Silahlı Qüvvələri dövlət sərhədlərinin mühafizəsi üçün "ASELSAN" şirkətinin istehsalı olan pilotsuz dirijabllardan istifadə etməyi planlaşdırır. Xüsusi müşahidə sistemləri ilə təchiz olunmuş dirijabllar sərhəd əraziləri boyunca nəzarət edəcək və mümkün sərhəd pozuntusu barədə yaxınlıqdakı hissələrə məlumat verəcək.

Prezidentin öləcəyini deyən ekstrasens həbs edildi

2 Fevral 2017 17:14

Şri Lanka polisi ölkə prezidenti Maitripala Sirisenanın öləcəyi barədə öncəgörmələrini söyləyən münəccimi həbs edib. O, prezidentin yanvarın sonunda öləcəyini söyləmişdi. Vicita Rohana Vicemuni sosial şəbəkələrdə video yayımlayaraq, ölkə prezidentinin yanvarın 27-də bədbəxt hadisə və ya xəstəlik nəticəsində öləcəyini bildirmişdi.

"Eurovision"un qalibi biseksual olduğunu etiraf etdi

2 Fevral 2017 16:58

Mən insanın cinsinə deyil, ruhuna aşiq oluram. Biseksualammı? Bəli. Bu sözləri İsveçin "Expressen" nəşrinə 33 yaşlı müğənniLoreen bildirib.  Mərakeş əsilli ifaçı 2012-ci ildə "Eurovision"da "Euphoria" hiti ilə qələbəsindən sonra dünyada şöhrət qazanıb.  Loreen bu il də müsabiqədə iştirak etməyə hazırlaşır. O, "Eurovision"un seçim turuna "Statements" adlı mahnı təqdim edib.

Xalq korrupsiyaya qarşı: 300 min adam küçələrə çıxdı

2 Fevral 2017 16:49

Rumıniyada korrupsiyada ittiham olunmuş məmurların və biznesmenlərin aministiya ilə azadlığa buraxılmasına etiraz olaraq Çauşeuskunun devrilməsindən bu yana ən izdihamlı küçə etirazları başlayıb.

Yoxa çıxmış qitə tapıldı

2 Fevral 2017 16:44

Elm adamları şərqi Afrikadakı ada ölkəsi Mauritiusun yerləşdiyi ərazidə üç milyard il əvvəl bir qitənin olduğunu müəyyən ediblər.

Putin 16 generalı işdən azad edib

2 Fevral 2017 16:25

Rusiya prezidenti Vladimir Putin16 generalı işdən azad edib.  Bunlar FHN, DİN və Rusiya İstintaq Komitəsinin yüksək rütbəli zabitləridir. Putinin fərmanına əsasən, 16 generaldan ikisi hərbi qulluqdan xaric edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmır. Bu barədə APA-nın “RİA Novosti”yə istinadən xəbər verir.

Natiq Kərimovun məhkəməsi qapalı keçirildi

2 Fevral 2017 16:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Nardaran hadisələri ilə bağlı dövlətə xəyanətdə təqsirli bilinən Nardaran qəsəbə sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.