"Yeni administrasiya Krımın Rusiyaya birləşdirilməsini qəbul etməyəcək"

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Vaşinqtondakı yeni administrasiya Krımın Ukraynadan ayrılmasını və Rusiyanın tərkibinə birləşdirilməsini qəbul etməyəcək.

Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Vaşinqtondakı yeni administrasiya Krımın Ukraynadan ayrılmasını və Rusiyanın tərkibinə birləşdirilməsini qəbul etməyəcək.  Bunu Ukraynanın BMT-dəki nümayəndəsi Vladimir Yelçenko deyib. Onun sözlərinə görə, tərəflər bir neçə gün əvvəl danışıblar bu barədə və ABŞ Ukraynanın ərazi bütövlüyünü tanıyr.

Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası zamanı çıxışlarının birində Krımın Rusiyaya birləşdirilməsi mümkünlüyünə baxacağını bildirmişdi. Krım və Sevastopol rəhbərliyi 2014-cü il martın 14-də Rusiyaya birləşməklə bağlı referendum keçirib və seçkinin nəticəsi olaraq Krım Rusiyaya ilhaq olunub.  Bu barədə Milli.az istipress-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31