Dünya

Kimya zavodunda partlayış: ölən və yaralanan var

21 Fevral 2017 18:54

Çinin şimalında Daxili Monqoliya muxtar rayonunda partlayış baş verib. Partlayış kimya zavodunda baş verib.  Partlayış nəticəsində azı 2 adamın öldüyü, daha 4 nəfərin xəsarət aldığı bildirilir.

KİV: İraq qüvvələri İŞİD-in təhlükəsizlik "rəhbərini" öldürüb

21 Fevral 2017 17:50

İŞİD terror qruplaşmasının təhlükəsizlik "rəhbəri" çərşənbə axşamı Mosul hava limanında aviazərbələr nəticəsində öldürülüb.

Hicabdan imtina etdiyinə görə dünya çempionunun başına OYUN AÇDILAR

21 Fevral 2017 15:25

Dünya çempionu hicabdan imtina etdiyinə görə İran yığmasından çıxarılıb. 18 yaşlı iran şahmatçısı Dorsa Derekşani Cəbəllütariqdə keçirilən turnirdə islam respublikasında qadınlar üçün məcburi olan qaydaları pozub. Belə ki, Derekşani yarışlarda hicab taxmadan iştirak edib. Buna görə də şahmatçını İran yığmasının tərkibindən çıxarmağa qərar veriblər. Həmçinin onun 15 yaşlı qardaşı Borna Mirakşani də milli komandandan ömürlük kənarlaşdırılıb.

"KFC"də çipsin içindən elə şey çıxdı ki... - FOTO

21 Fevral 2017 14:31

Kordon şəhərindəki KFC-də oğlu və qohumu ilə birlikdə axşam yeməyi yeyən 49 yaşlı kişi iddia edir ki, o, çips yediyi əsnada qabın içindən uşaq dişi çıxıb.

Sərkisyan seçkiləri saxtalaşdıracaq

21 Fevral 2017 13:52

Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyinə gələrək, yüksək rütbəli hərbiçilər qarşısında çıxış edib. Onun sözlərinə görə, ehtiyatlı olmaq lazımdır. Çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər. Ona görə də Sərkisyan orduya parlament seçkiləri dövründə ayıq və uzaqgörən olmağı tapşırıb.

Əsgərlərin avtobusu qəza törətdi

21 Fevral 2017 13:50

Türkiyənin Muğlan bölgəsinin Dalaman qəsəbəsində əsgərləri qərargaha aparan avtobus qəzaya uğrayıb. “Olaylar” “Sadecehaber2 - ə istinadən bildirir ki, qəza zamanı bir zabit və 6 əsgərin yaralanıb.

Sarkisyandan acı ETİRAF: "Rusiya olmasa, biz..."

21 Fevral 2017 13:36

"Rusiya olmasa, təhlükəsizliyimiz sual altında olar. Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır". Bu fikirləri işğalçı Ermənistanın başçısı Serj Sarkisyan hərbi birləşmə komandanları ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.

Məşqçisinə atəş açan yeniyetmə özünü qatarın altına atdı - VİDEO

21 Fevral 2017 12:44

15 yaşlı yeniyetmə tirdə məşqçisinə atəş açıb və "Qlok" tapançasını, silahın təchiz edildiyi 30 patron ilə birgə götürərək hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra oğlanın cəsədi hadisə yeri yaxınlığında aşkarlanıb.

Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO - FOTO

21 Fevral 2017 12:35

Suriyada Əsəd rejiminin hava hücumundan sonra yerlə yeksan olan binanın dağıntıları altında qalan qız möcüzəvi şəkildə xilas edilib.

Türkiyəyə Suriyadan ACI XƏBƏR

21 Fevral 2017 12:19

Suriyanın Əl-Bab şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda aparılan döyüşlərdə Türkiyənin bir hərbi qulluqçusu həlak olub, ikisi yaralanıb. Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir. Yaralılar Türkiyədəki xəstəxanalara çatdırılıblar.

Məhkəmə PARTLADILDI: yaralılar var

21 Fevral 2017 12:16

Pakistanın şimalında, Tanqa şəhərindəki məhkəmə binasında partlayış olub. Hadisə nəticəsində ən azı 13 nəfər xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, Pakistan polisi atəş açan zaman terrorçu-intiharçı partlayıb.

İran baharı başlandı: SEPAH qərargahı yandırıldı, onlarla yaralı var - HÖKUMƏT HƏYƏCANDA 

21 Fevral 2017 11:55

İranın strateji olaraq ən əhəmiyyətli şəhərlərindən sayılan və böyük neft yataqlarının olduğu Ahvaz şəhərində İran rejiminə qarşı etiraz aksiyaları yeddinci gününü başa vurub.

Məşhur prodüser həbs edildi

21 Fevral 2017 11:22

Haqqında həbs cəzası çıxarılan prodüser və rejissor Murat Erakalın Bursanın İnegöl mahalında həbs olunub.  Mersin Ağır Cəza Məhkəməsi tərəfindən "İnformasiya sistemlərinə girərək oğurluq" cinayət əməli ilə bağlı haqqında 5 il 3 ay həbs qərarı çıxarılan Erakalını reklam çəkilişi üçün gəldiyi İnegöldə polislər saxlayıblar.

Atası qızını evə zəncirlədi, qız qaçdı, dəfələrlə zorlandı

21 Fevral 2017 11:20

İzmirdə 22 yaşlı qızın başına gəlməyən bəla qalmayıb. İzmirdə valideynləri 22 yaşlı şizofreniya xəstəliyindən əziyyət çəkən qızı müalicə etmək əvəzinə, evə zəncirləyiblər. Qız fürsət tapan kimi evdən qaçıb.

Putin evləndimi?

21 Fevral 2017 11:12