Dünya

Riannanın mahnısını oxuyan tutuquşu - VİDEO

27 Fevral 2017 18:45

Riannanın Eminemlə bir yerdə oxuduğu "The Monster" mahnısı internetdə fərqli ifada məşhurlaşıb. Tutuquşunun həmin mahnını ifa etməsini çəkərək internetdə paylaşan Reddit istifadəçisi tez bir zamanda məşhurlaşıb.

Xəstəxanada tüstülənmə - 90 nəfər təxliyə olundu

27 Fevral 2017 18:37

Yekaterinburqda xəstəxanada tüstülənmə faktı qeydə alınıb. Trend-in məlumatına görə, bu səbəbdən xəstəxanadan 90 nəfər təxliyə olunub. Rusiya FHN-in yaydığı məlumata görə, tüstülənmə qısqapanma nəticəsində yaranıb. Məlumatda bildirilib ki, xəstəxananın 7-ci mərtəbəsində baş vermiş qısaqapanma nəticəsində yaranmış tüstülənmə ilə əlaqədar 74 pasiyent, 8 yataq xəstəsi və 8 xəstəxana əməkdaşı olmaqla 90 nəfər təhlükəsiz yerə təxliyə olunub. Hadisə yerinə 17 yanğınsöndürmə maşını cəlb edilib.

Türkiyəyə qarşı birləşdilər: Yeni “terror dəhlizi” yaradılır

27 Fevral 2017 18:00

Suriyanın Əl-Bab mahalının cənubundan Münbiç istiqamətində irəliləyən Bəşər Əsədin ordusu YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü –red.) iflasa uğrayan “dəhliz”ini diriltməyə çalışır.

İran ən yeni qanadlı raketini sınaqdan keçirdi

27 Fevral 2017 17:17

Xəbər verdiyimiz kimi, İran Hərbi Dəniz Qüvvələri dünən səhər Hind okeanının şimalında “Vilayət-95” adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.  Təlimlər çərçivəsində İran Hərbi Dəniz Qüvvələri bu gün “yer-dəniz” tipli ən yeni qanadlı raketi olan lazer tuşlayıcılı “Dehləviyə”ni sınaqdan keçirib.

Dəfələrlə "dirilən" "Taliban" lideri ÖLDÜRÜLDÜ

27 Fevral 2017 17:09

Əfqanıstanın Kunduz bölgəsində ABŞ silahlı qüvvələrinin reallaşdırdığı hava hücumu zamanı "Taliban"ın yüksək rütbəli idarəçilərindən olan Molla Abdul Salam Axund öldürülüb.

Alkoqolizmin qurbanı olmuş məşhurlar

27 Fevral 2017 17:07

Alkoqolizm yaradıcı adamların həyatında dağıdıcı iz buraxır. Bir çoxları içkinin daxildəki potensialı üzə çıxarmaq, gərginlikdən və stresdən azad olmaq üçün bir vasitə olduğunu desə də, illər sonra aludəçiliyə çevrilən bu vərdiş istedadlı insanların həyatdan vaxtsız getməsinə səbəb olur.

Kaladze: “Ermənistanın baş naziri ilə Abxaziya dəmir yolunun bərpası barədə müzakirə aparılmayıb”

27 Fevral 2017 15:22

“Ermənistanın baş naziri ilə görüşdə Abxaziya dəmir yolunun açılması barədə söhbət olmayıb”.  Bunu Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze deyib. “Bu, müxalifətin fikirləridir və yalan məlumatdır. Abxaziya dəmir yolunun açılışı haqqında Ermənistanın baş naziri ilə danışıqlar aparılmayıb. Bu, sadəcə olaraq müxalifətin ittihamlarıdır”, - deyə o, söyləyib.

Dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası genişlənməkdədir

27 Fevral 2017 15:16

"Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov yap.org.az saytına müsahibəsində səsləndirib.

Türkiyədə PARTLAYIŞ: vaqonlar relsdən çıxdı

27 Fevral 2017 15:07

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib. Vilayətin Sur rayonundan keçən dəmiryol relslərində partlayış qeydə alınıb. Bir neçə vaqon relsdən çıxıb. Əraziyə təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisə nəticəsində ölən və ya yaralıların olmadığı deyilir.

Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub

27 Fevral 2017 14:30

Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderinin qardaşı Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub. Qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıbki, Şimali Koreya vətəndaşı olan  8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.

Nazirin kortejinə atəş açdılar

27 Fevral 2017 14:10

Türkiyənin Müdafiə naziri Fikri Işık Kocaelinin Dilovası rayonundan Derinceyə doğru gedərkən kortejin arxasında olan bir avtomobildən atəş açıldığı deyilir.  Polis atəş açıldığı iddia edilən 41 nömrəli ağ rəngli İzmit istiqamətinə hərəkət edən avtomobilin arxasına düşüb. Toy kortejindən atəş açıldığını təsbit edən polis şübhəliləri tutmaq üçün əməliyyat keçirib.

Çində mədən PARTLADI - 7 ölü, 11 yaralı

27 Fevral 2017 14:08

Çinin Quyçjou əyalətində mədəndə baş vermiş partlayış nəticəsində 7 nəfər həlak olub.  11 mədənçi müxtəlif xəsarətlər alıb. Hadisə zamanı yerin altında 41 nəfərin olduğu bildirilir. Digər mədənçilər xilas edilib. İlkin məlumatlara görə, mədəndə partlayış qaz sızması nəticəsində baş verib. 

Rusiyadan Türkiyəni QƏZƏBLƏNDİRƏCƏK TƏKLİF

27 Fevral 2017 12:43

Rusiya Cenevrədə reallaşan Suriya zirvə toplantısına kürdlərin də qatılması lazım olduğunu açıqlayıb. Bu barədə açıqlamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov verib. Boqdanov əlavə olaraq, müxaliflərin nümayəndələrinin qrup halında Cenevrədə iştirak etmələrinin vacibliyini bildirib.