Dünya

Suriya müxalifəti Astanaya gəlmir

13 Mart 2017 18:53

"Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranı üzrə görüşdə iştirak etməyəcək". Bunu nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.

Aİ-dən Türkiyə və Niderlanda çağırış

13 Mart 2017 18:32

Avropa İttifaqı Türkiyə ilə Hollandiya arasında yaşanan böhrana münasibət bildirib. Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogereni və qonşuluq siyasəti, genişlənmə üzrə komissar Yohannes Hanın birgə bəyanatında tərəfləri vəziyyəti daha da gərginləşdirəcək addımlardan və bəyanatlardan yayınmağa çağırıb.

Macarıstanda prezident seçkilərinin nəticələri AÇIQLANDI

13 Mart 2017 17:45

Macarıstan parlamenti iki tur səsvermədən sonra ölkə prezidentini seçib. Hazırkı prezident Yanoş Ader 170 millət vəkilindən 131 səs toplayaraq öz vəzifəsində qalıb. Onun rəqibi, müxalif namizəd Laslo Mayteni isə cəmi 39 səs toplaya bilib.

Rusiyadan Türkiyə-Hollandiya qalmaqalına REAKSİYA

13 Mart 2017 17:21

Rəsmi Moskva Türkiyə və Hollandiya arasında yaranan gərginliyin azaldılması üçün ölkələri təmkinli olmağa və konstruktiv mövqe sərgilməyə çağırıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Hollandiyadan Türkiyənin notasına cavab: Diqqətli olun

13 Mart 2017 16:41

Xəbər verdiyimiz kimi, Türkiyə Hollandiyaya iki nota verib. Notalar xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinə uçuş izni verilməməsi, daha sonra türkiyəli nazir Fatma Betül Sayan Kayanın Rotterdamdakı türk konsulluğuna buraxılmaması səbəbi ilə verilib.

Əsəd onlara vətəndaşlıq verdi

13 Mart 2017 16:37

Fırat Qalxanı hərakatı ilə Cerablus və El – Babı İŞİD – dən təmizləyən Türk Silahlı Qüvvələrinin növbəti hədəfi Münbiçdi. Türkiyənin bu hərakatı Əsəd rejimini, İranı, ABŞ və Rusiyanı qorxudub.

Vladimir Jirinovski türkcə oxudu - VİDEO

13 Mart 2017 16:26

Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski "Rusiya-1" telekanalında yayımlanan "Axşam Vladimir Solovyovla" verilişində özünü Türkiyənin əsl dostu elan edib. Partiya sədrinin iddiasına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu məhz bu səbəbdən qəbul edib.

“Baş verənlər Hollandiyanın demokratik ölkə kimi imicinə ciddi xələl gətirir”

13 Mart 2017 16:17

“Son vaxtlar həm ABŞ-da, həm də Avropada islamofobiya meyllərinin gücləndiyi müşahidə olunur”. Bunu  Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.

Nabi Avcı: “Hollandiya və Almaniya FETÖ terrorçularına ev sahibliyi edir” 

13 Mart 2017 14:36

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, terrorçulara ev sahibliyi edərək Türkiyə ilə münasibətlərini laxladan Avropanın FETÖ-nün mərkəzi halına gəldiyini bəyan edib. Bu barədə “Takvim” nəşri yazır. Türk nəşri qeyd edir ki, Nabi Avcı bu gün Almaniyanın və Hollandiyanın bir sıra bürokratik dairələrində FETÖ-çülərin qaldığını bildirib və qeyd edib ki, hazırda Avropa ölkələri ilə Türkiyənin arasında yaşanan böhranda gülənçilər ciddi rol oynayırlar.  

Dərs oxumadığı üçün onu döyən valideyinlərini polisə verdi

13 Mart 2017 14:29

Ərzurumda 12 yaşlı E.E. dərs oxumadığı üçün onu döyən ana və atasından polisə şikayət edib. Hadisə, 10 mart tarixində, saat 00.15 mərkəz Yakutiye mahalında yerləşən Şükrüpaşa məhəlləsində qeydə alınıb.

Somalidə terror

13 Mart 2017 14:22

Somalinin paytaxtı Mogadişuda şəhərin insanlarla sıx olan yerində terror hadisəsi baş verib. “Olaylar”  “Miliyyet” - ə istinadən bildirir ki, Vehliyə otelinin önünə partlayıcı qurğu olan olan avtomobilin partladılması nəticəsində bu gün günorta saatlarında Somalidə terror hadisəsi baş verib. İlkin məlumatlara görə partlayış zamanı 8 nəfər həyatını itirib.

Aureliya Qriqoriu: "İslamofobiya Avropada yolverilməz hərəkətlərə gətirib çıxarıb"

13 Mart 2017 14:21

Niderland hakimiyyətinin hərəkətləri onun dünyanın ən tolerant ölkələrindən biri statusunu itirdiyini göstərir. Bunu Modlova İctimai Palatasının sədri (ombudsman), tanınmış hüquq müdafiəçisi Aureliya Qriqoriu deyib.

Putin Sarkisyanı Moskvaya çağırdı - Mövzu Dağlıq Qarabağ

13 Mart 2017 14:10

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya yola düşəcək. Kremlin mətbuat xidmətinin yadığı məlumata görə, martın 15-də yüksək səviyyədə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf prespektivləri, iqtisadi münasibətlər müzakirə ediləcək.

Belçikada təhlükəsizlik tədbirləri gücləndirilir - SƏBƏB?

13 Mart 2017 14:06

Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyət orqanlarını ölkənin türk sakinlərinin kütləvi mitinqlər keçirəcəyi təqdirdə lazımı təhlükəsizlik tədbirlərini təşkil etməyə çağırıb.