Dünya
Lavrov: “Nə SSRİ-ni yenidən qurmaq planımız, nə də imperiya ambisiyalarımız var”
"Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: “Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq”.
Jirinovski Dumanın tribunasından rəqiblərini hədələyib: "Prezident olanda sizi güllələyəcəyəm"
Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib.
Etik və diplomatik qaydalara sığmayan davranış
Son günlər Türkiyənin Avropa, xüsusilə Almaniya və Holandiya ilə yaşanan problemləri, Ankaraya qarşı qərəzli və beynəlxalq konvensiyalara zidd davranışlar təkcə qardaş ölkədə deyil, eləcə də Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Siyasi mövqeyi, cəmiyyətdəki yeri və rolundan asılı olmayaraq hər kəs birmənalı şəkildə Avropada Türkiyəyə qarşı artan təpkiləri, təzyiqləri qətiyyətlə pisləyir. Ölkənin vətəndaş cəmiyyəti nümayəndələri Türkiyəyə Avropadan artan hücumları pisləyərək qoca qitəni qardaş ölkəyə qarşı ədalətsizlik, qərəzli yanaşmada suçlayıblar.
Sarkisyandan geri addım: "Biz müharibə istəmirik"
Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib. Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.
Hərbçilər Ukrayna parlamentinin tribunasını ələ keçirdilər - VİDEO
Ukrayna Ali Radasında növbəti qalmaqal baş verib. Ali Radanın üç fraksiyası - “Pyotr Poroşenkonun Bloku”, “Xalq cəbhəsi” və “Qarşılıqlı yardım” plenar iclasda hüquq-mühafizə orqanlarının əməkdaşlarına çıxış etməyə imkan verməyə çağırdılar.
Qazaxıstan prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur.
Putin və Sarkisyan bu gün Dağlıq Qarabağdan danışacaqlar
Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.
Türkiyədə AĞLASIĞMAZ CİNAYƏT...
İstanbul Küçükçekmecedə bir mənzildən qalxan tüstü inanılmaz vəhşiliyin üstünü açıb. Bina sakinləri dərhal polisə və xilasetmə qruplarına müraciət ediblər.
İzdivac verilişindən ayrılan gəlin namizədi bütün HƏQİQƏTLƏRİ ORTAYA ÇIXARDI - VİDEO
Esra Erolun proqramından ayrılan Ayça adlı gəlin namizədi ötən gün instaqramda canlı yayım vasitəsilə sualları cavablandırıb və Esra Erolun bütün sirlərini ifşa edib.
Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Ermənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib.
Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!
FOX TV-nin aparıcısı Fatih Portakal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Belə ki, Portakal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir".
Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.
Ermənilərdən daha bir təxribat - Bütün video və şəkilləriniz oğurlana bilər
Ermənilərdən daha bir təxribat - Bütün şəxsi informasiya, video və şəkilləriniz oğurlana bilər. Bu günlərdə Ermənistan Barselonada keçirilən 2017 Mobil Dünya Konqressində Skype, Viber və WhatsApp-a alternativ olan "Zangi Messenger" proqramını təqdim edib.
Partlayıcı qurğu aşkarlandı
Ötən gün Türkiyənin Bitlis Vilayət Jandarma Komandanlığının bölgədə apardığı axtarış - yoxlama əməliyyatı nəticəsində Tatvan-Hazro magistral yolunun kənarına yerləşdilrimiş 500 kiloluq partlayıcı qurğu aşkalrlanaraq zərəsizləşdilib.
Mina patladı
Türkiyədə mina patladı. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Mardin – Diyarbakır magistral yolunda ərazini minadan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış zamanı 2 əsgər şəhit olub. Magistral yolun Mazıdağı qəsəbəsində səhər saatlarında meydana gələn partlayış yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub. Həmçinin ərazidə terrorçuların yaxalanmasına dair əməliyyatlar aparılır.














