Dünya
Aktrisa kitab yazdı
Karyerasına model olaraq başlayıb, aktrisa kimi uğur qazanan Cara Delevingne bu dəfə özünü yazar kimi sinayacaq. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, Carenin yazdığı sevgi romanı “Mirror Mirror” (Güzgü Güzgü) 16 yaçlarında olan 4 dostun sevgi həyatından bəhs edir. Bu haqda məlumatı model, sktrisa özünə məxsus sosial şəbəkə hesabından xəbər verib.
Suriya vurdu, İsrail təkzib etdi
Suriya ordusu İsrailə məxsus döyüş təyyarələrini Suriya hava sərhədində vurduğunu bildirib. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, Suriya ordusu səhər saatlarında Suriya hava sərhədini pozan İsrail döyüş təyyarələrini birini vurub, digərini isə zədələyib. Əsəd ordusu bildirib ki, İsrail təyyarələri vurulmadan öncə Lübanan üzərində Suriya hava sərhəddini pozaraq Palmira yaxınlığındakı əsgərləri hədəf alıb.
La Fayett gəmisi Rumıniyada
Ötən gün Fransaya aid olan La Fayett gəmisi İstanbul boğazından keçərək Qara Dənizə daxil olub. F-710 sayılı gəmi sadəcə freqat olaraq növbə çəkmir. Bu gəminin ən son texniki radio -kəşfiyyat avadanlığı ilə təchiz edildiyi bildilir. Gəminin stels radarlardan yayınma sisteminə sahib olduğu da gələn xəbərlər sırasındadı.
Rusiya azərbaycanlı qadını axtarışa verdi
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadın barəsində beynəlxalq axtarış elan edib.
Kiprdə partlayış
Kiprdə biznes mərkəzində partlayış olub. Hadisə Limasol şəhərində baş verib. Məlumata görə, partlayış yerli vaxtla saat 07:45-də olub.
Türkiyənin xaricdəki ilk böyük hərbi təlim düşərgəsinin açılışı olacaq
Türkiyənin Somalinin paytaxtı Moqadişoda inşa etdiyi hərbi təlim düşərgəsinin aprel ayında açılışı olacaq. Bu, Türkiyənin xarici ölkədəki ən böyük hərbi bazası olacaq.
ABŞ-da çirkli pulların yuyulması ilə məşğul olan erməni mühakimə edilir
ABŞ Federal məhkəməsi “Wells Fargo” bank şirkətinin meneceri Albert Yaqubyanı 1,66 milyon dollar məbləğində “çirkli” maliyyə vəsaitinin yuyulmasında mühakimə edir. ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. İnformasiyaya əsasən, məhkəmənin qərarının mayın 22-də açıqlanacağı gözlənilir.
Ohanyan uduzsa, Babayan silahlı üsyan edəcək
Ermənistanda parlament seçkiləri öncəsi vəziyyət kritik həddə çatıb. Deputat olmaq istəyən namizədlər bir-birilərini silahla hədələmkdən belə çəkinmirlər. Bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti məlumat yayıb. iddia edilir ki, seçkilərdən sonra "DQR-nın sabiq ordu komandanı" Samvel Babayan ölkədə silahlı üsyana hazırlaşır.
11 yaşlı uşaq hamilə qaldı - ölkənin ən gənc anasıdır
Britaniyada 11 yaşlı uşaq hamilədir. O, statistikaya görə, hazırda İngiltərənin ən gənc anasıdır. Uşaq yaxın günlərdə ana olacaq. Ehtimallara görə, doğulacaq körpənin atası qızdan təxminən 1, 2 yaş böyükdür. Məsələnin detalları barədə məlumat və şəxslərin adları azyaşlı olduqlarına görə ictimaiyyətə açıqlanmır.
I Yelizavetanın vəfatından sonra... ŞOK SİRRLƏR AÇILDI
Bukengem sarayı Böyük Britaniyanın şahzadəsi II Yelizavetanın ölümündən əvvəl və sonra baş verəcəkləri planlı şəkildə hazırlayıb. Hətta bununla bağlı bir neçə mümkün variantlar belə işlənilib və onların hər biri olduqca əhəmiyyətli şəkildə qəbul edilib. Müvafiq sənədlər həm sarayda həm də ölkə hakimiyyətində mövcuddur.
““Çörəkdaşıyan”ın ölümü Ermənistan tarixinin ən rüsvayedici səhifəsi kimi yadda qalacaq” PAŞİNYAN
İrəvanın “Armeniya” səhiyyə mərkəzinin reanimasiyasında ötən ilin iyulunda baş vermiş “Sasna-Tsrer” hadisələrinin iştirakçısı, qiyamçılara çörək daşıyan Artur Sarqsyan ölüb. Bununla bağlı məlumat yayan 1.in.am saytına açıqlama verən müxalifətyönlü “Yelk” blokunun üzvü, deputat Nikol Paşinyan Ermənistan hakimiyyəti qarşısında tələblə çıxış edib.
Tillerson Ankaraya gedəcək Ərdoğan-Tramp görüşünə hazırlıq
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Reks Tillersonun 30 mart tarixində Türkiyəyə səfər edəcəyini deyib. Çavuşoğlu “Habertürk” telekanalında qatıldığı proqramda gündəmi dəyərləndirərkən, bu barədə fikir bildirib. ABŞ-dan Türkiyəyə yaxın zamanlarda Amerika hökumətinin yüksək rütbəli nümayəndəsinin ziyarət edib-etməyəcəyi sualını cavablandıran Türkiyə XİN rəhbərinin sözlərinə görə, Tillerson martın 30-da bu ölkəyə səfər etmək istəyində olduğunu bildirib.
Avropa Birliyindən sürpriz Türkiyə AÇIQLAMASI - YOLA GƏLDİ
AB-dən Türkiyəylə bağlı ikinci "mülayim" açıqlama gəlib. İlk açıqlamasında immiqrant razılaşmasına sədaqətlərini ifadə etmişdilər. İndi də "Türkiyəyə üzvlük zəmanəti verilməlidir" deyilib. Hollandiya ilə yaşanan olaydan sonra göstərilən rəftara qarşı Türkiyə bu müqaviləni nəzərdən keçirmək qərarı verib.
Ailəsi 13 yaşlı qızlarının hamilə olduğunu xəstəxanada öyrəndi
Kirazın Örencik mahalında yaşayan Ayaydın ailəsinin 13 yaşlı qızının halı ötən həftə pisləşib. Ailəsi tərəfindən dövlət xəstəxanasına aparılan M.A-nın 8 aylıq hamilə olduğu bilinib.














