Dünya

“Mən də ana olmaq istəyirəm” -  Hadisə

17 Mart 2017 19:00

Müğənni Hadisə ticarət mərkəzlərindən birində kameralara tuş gəlib. Həmkarları Demet Akalın və Gülşənlə mərkəzdə nahar edən sənətçi çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Qan qrupunuzu 30 saniyədə öyrənin

17 Mart 2017 18:57

Amerikalı alimlər insanın qan qrupunu 30 saniyə ərzində müəyyən edən xüsusi kağız hazırlanıb. Yeni metod ekstrimal hadisələr zamanı daha effektli olacaq. Belə ki, xəstənin həyatını xilas edərkən qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə əlavə vaxt sərf edilməyəcək.

Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum oldu

17 Mart 2017 18:54

Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda turniklə hərəkətlər üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.

Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur

17 Mart 2017 18:18

Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib. Artur Sarkisyan ötən il İrəvanda polis alayı binasını tutan “Sasna Çrer” qruplaşmasına qida daşıdığı üçün həbs olunub. Sonradan sərbəst buraxılsa da, 31 dekabrda yenidən həbs olunub. İkinci dəfə həbs olunandan sonra Sarkisyan aclıq aksiyasına başlayıb. 25 günlük aclıqdan sonra onun səhhəti pisləşib. Dünən xəstəxanaya yerləşən Sarkisyan ölüb. Buna etiraz olaraq ermənilər dünən İrəvanda aksiya keçiriblər. Yeni aksiyaların olacağı gözlənilir.

Naməlum vertolyot gəmiyə atəş açdı - Azı 30 nəfər öldü

17 Mart 2017 17:37

Yəmən sahillərində naməlum vertolyotdan açılan atəş nəticəsində qaçqınlar olan gəmidə azı 31 nəfər ölüb.

Məşhur şəxsin qızı həbs edildi - VİDEO

17 Mart 2017 16:31

İstanbul Prokurorluğunun təlimatı əsasında nəzarətə alınan İstanbulun sabiq Kəşfiyyat şöbə müdiri Əli Fuad Yılmazerin qızı həbs olunub. Sakaryada qeydiyyatda olan Yılmazerin vəkil qızı Fatma Səadət Yılmazer tibbi yoxlanışdan keçirildikdən sonra İstanbula göndərilib.

KXDR-in nüvə probleminin həllində ABŞ hərbi variantı istisna etmir

17 Mart 2017 16:21

ABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə proqramı məsələsinin həlli istiqamətinə bütün variantları, o cümlədən hərbi variantı aktual sayır.

Trampa qarşı məhkəmə iddiasına 50-dən çox texnoloji şirkət qoşuldu

17 Mart 2017 16:19

ABŞ-ın 50-dən artıq texnoloji şirkəti Havay ştatının prezident Donald Trampın miqrasiya fərmanına qarşı qaldırdığı məhkəmə iddiasına qoşulub. Birgə bəyanatda onlar bəyan ediblər ki, Trampın yenidən işlənmiş qadağası Konstitusiyadan kənardır və biznesə ziyan vurur: “Trampın yeni qərarı əvvəlkindən heç nə ilə fərqlənmir. Bu qərar Amerika şirkətlərinə və onların əməkdaşlarına ciddi və düzəlməz ziyan vuracaq”.

Son dəqiqə: NATO Türkiyəyə SƏSLƏNDİ

17 Mart 2017 15:23

NATO bu dəqiqələrdə Türkiyə və Avstriyaya etdiyi çağırışla dünyanın diqqət mərkəzinə düşüb. NATO-nun baş katibi Cens Stoltenberq Türkiyə və Avstriyaya "bəzi əməkdaşlıq proqramlarının dayandırılmasına səbəb olan diplomatik anlaşılmazlıqlara" həll yolunu tapmaq çağırışı edib. 

Türk gəmisi batdı

17 Mart 2017 15:14

Liviya sahillərində Türkiyəyə məxsus gəmi batıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, gəminin batmasına səbəb pis hava şəraiti olub. “Tınaztepe S” adlı gəminin 13 nəfər heyət üzvü olub. Məlumata görə, üç nəfərin cəsədi tapılıb. Faciədən 7 nəfər xilas edilib. Digər üç nəfər axtarılır.

Moldova MDB PA-nın Sankt-Peterburqda keçiriləck iclasına qatılmaqdan imtina edə bilər

17 Mart 2017 14:50

Moldova parlamenti MDB Parlamentlərarası Assambleyanın martın 26-28-də Sankt-Peterburqda keçiriləcək iclasında iştirakdan imtina edilməsi məsələsinə baxacaq.

"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi

17 Mart 2017 14:38

Mark Zukerberq "Facebook"da da "Story" (Hekayə) funksiyasını aktiv edib. O, İnstaqram və "WhatsApp"da olduğu kimi "Facebook Messenger" və "Facebook mobile" versiyaları üçün bu funksiyanı artırıb.

Qaçqın düşərgəsində üç körpə vəfat etdi

17 Mart 2017 14:09

Suriyada Dəməşq yaxınlığında yerləşən fələstinli qaçqınların yaşadığı Yarmuk düşərgəsində üç yeni doğulmuş  körpənin dünyasını dəyişdiyi bildilir. Valideynləri xəstə uşaqları mühasirədə olan düşərgədən yaxınlıqdaki xəstəxanaya çatdırmaq istəyiblər. Ancaq düşərgənin bütün yollarını bağlayan Əsəd rejiminin əsgərləri buna mane olublar. Nəticədə lazımi tibbi yardım ala bilməyən körpələr dünyasını dəyişiblər.

Müsəlmanlara qarşı TƏXRİBAT - "Uşağın gözü yaşıldır deyə döyüldü" dedilər

17 Mart 2017 13:29

Trampın tərəfdarları müsəlmanları gözdən salmaq üçün təxribata əl atıblar.  Kanadalı Tvitter istifadəçisi köhnə şəkli sosial şəbəkədə yayaraq, fotodakı uşağın gözlərinin yaşıl olduğuna görə müsəlmanlar tərəfindən döyüldüyünü iddia edib.