Dünya

Parisdə silahlı hücum

18 Mart 2017 16:02

Təyyarələr havada toqquşdu

18 Mart 2017 10:00

Beren Saatın yeni serialı bəlli oldu

17 Mart 2017 19:32

Aktrisa Beren Saatın yeni rolu açıqlanıb.  "Medyapım"ın hazırladığı “Qadın” serialında baş rolda çəkiləcək.  B.Saat serialda həyat yoldaşını itirmiş, 2 uşağı ilə tək qalan bir qadını canlandıracaq.

“Samsung Galaxy S8” ödənişlər üçün üzün tanınması texnologiyasına malik olacaq

17 Mart 2017 19:26

Yeni “Samsung Galaxy S8” smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək. Bu barədə “Bloomberg” agentliyi şəxsi mənbələrə istinadən məlumat verib.

Yeni ekzoskelet cərrahlara əməliyyatlarda kömək edəcək

17 Mart 2017 19:20

Bristol Universitetinin hazırladığı innovativ ekzoskeleti cərrah öz əlləri ilə idarə edə biləcək. Əksər müasir robot texnikası ixtiralarının faydalı olmamasına və insanların işini asanlaşdırmamasına baxmayaraq tibb sahəsində robotlar artıq on ildən çoxdur həkimlərə əməliyyatlar etməyə kömək edirlər. Cərrahlar belə robotların hərəkətlərinə ən çox xüsusi qurğular, tutacaq və digər yardımçı qurğular vasitəsilə nəzarət edirlər ki, bu da narahatlıq yaradır. Lakin Bristol Universitetinin hazırladığı yeni ekzoskelet robotu cərrahın əli ilə idarə etməyə kömək edəcək. 

14 yaşlı qız 7,44 karatlıq almaz tapdı

17 Mart 2017 19:15

Amerikanın Arkanzas ştatında 7,44 karat ağırlığında almaz tapılıb. Almazı tapan 14 yaşlı amerikalı Kalel Lenqford olub. Ailəsi ilə həftə sonu parka istirahətə gedən Kalel Lenqford park ərazisində üzəri palçıqla örtülü almaz tapıb.

“Google” səsli mesajı mətnə çevirən klaviaturasız messencerini təqdim edib

17 Mart 2017 19:05

“Google” şirkətinə məxsus “Area 120” startapı mesajlarla mübadilə üçün “Supersonic Fun Voice Messenger” mobil proqramını istifadəyə verib. Proqramın kifayət qədər maraqlı konsepsiyası var: istifadəçi tərəfindən diktə edilən mesaj avtomatik mətnə çevrilir, həm də cümlələr arasında məzmuna uyğun smayliklər qoyulur. “Supersonic Fun Voice Messenger” yalnız səsli mesajları göndərmək deyil, həm də onu mətnə çevirmək qabiliyyətinə malikdir. Bu, göndərilmiş səsli mesajı dinləmək imkanı mövcud olmayan hallar üçün nəzərdə tutulub. Yaradıcılar xüsusi olaraq qeyd edirlər ki, messencer bəzi sözləri mətnə deyil, emodziyə çevirir.